Həftə sonuna qədər 350-400 təsdiqlənmiş yoluxma halının olacağını təxmin edirik – Qamkrelidze

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, epidemioloqlar bu həftənin sonuna qədər Gürcüstanda təsdiqlənmiş yoluxma hallarının 350-400 arası olacağını təxmin edirlər.

Bu barədə Qamkrelidze xüsusi brifinqdə bildirib.

Biz ötən həftənin sonuna qədər təxminən 200 təsdiqlənmiş yoluxma halının olacağını təxmin edirdik, 185 təsdiqlənmiş hal qeydə alındı. Düşünürük ki, bu həftənin sonunadək 350-400 təsdiqlənmiş yoluxma halı olacaq”, – Qamkrelidze deyib.

Qamkrelidzenin sözlərinə görə, növbəti həftə qeyd olunan rəqəmlərin ikiqat artacağı gözlənilir.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google