"Tbilisinin 8 dairəsindən 5-ni müxalifətə güzəştə getməyə hazırıq”, – Kirkitadze

Vahid Milli Hərəkatın üzvü Davit Kirkitadze bildirir ki, Vahid Milli Hərəkat 2020-ci ilin seçkilərində majoritar hissədə müxalifət tərəfindən ümumi namizədlərin irəli sürülməsini dəstəkləyir.


Onun sözlərinə görə, bu qərar xüsusilə Tbilisi üçün əhəmiyyətlidir, amma bununla yanaşı, qeyd edir ki, VMH öz namizədləri ilə seçkilərdə iştirak etməyi planlaşdıran digər partiyaların da qərarlarına hörmətlə yanaşır. Kirkitadze "Reaksiya" verilişində bildirib ki, "Vahid Milli Hərəkat" Tbilisidəki 8 majoritar dairədən 5-ni müxalifətin namizədlərinə güzəştə getməyə hazırdır və 3 dairədə öz partiyasından namizəd irəli sürməyə ümid edir:

“Biz birliyin tərəfdarıyıq, xüsusən də Tbilisidəki razılaşma çox əhəmiyyətlidir, amma tərəfdaşlarımız olan Lelonun hər 30 seçki dairəsində öz majoritar namizədini irəli sürmək qərarına da, həmçinin bunun daha yaxşı olduğunu söyləyən digər şəxslərin fikirlərinə də hörmətlə yanaşırıq. Biz açıq şəkildə və qətiyyətlə bildirdik ki, Tbilisidəki 8 dairənin əksəriyyətini güzəştə gedək və yalnız 3 dairədə öz namizədimizi irəli sürək”, –
deyə Kirkitadze bildirib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!