Apellyasiya Məhkəməsi də Saakaşvilini həbsdə saxlayıb
Tbilisi Apellyasiya Məhkəməsi Tbilisi şəhər məhkəməsinin Mixeil Saakaşvilinin səhhətinə görə cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi barədə qərarını qüvvədə saxlayıb.

Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin “Netgazet”ə verdiyi məlumata görə, apellyasiya məhkəməsi işə şifahi dinləmə olmadan baxıb.

Xaçapuridzenin sözlərinə görə, Strasburq məhkəməsinə müraciətlə bağlı hələlik heç bir qərar verilməyib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Qiorqi Arevadzenin qərarına əsasən, Mixeil Saakaşvilinin həbsinin təxirə salınması və/və ya azad edilməsi ilə bağlı vəsatət rədd edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google