Levan Xabeişvili – gəncləri vururlar, bu Putinin tapşırığıdır – təslim olmamalıyıq, sonuna qədər mübarizə aparmalıyıq

“Bidzina İvanişvili gürcü xalqını məhv etmək üçün hər şey edir. Biz təslim olmamalıyıq!”- bu barədə “Milli Hərəkatın” sədri Levan Xabeişvili Parlament qarşısında davam edən aksiyada bildirib.



Onun sözlərinə görə, “Gürcü Arzusunun” təsisçisi Bidzina İvanişvili, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Daxili İşlər naziri Vaxtanq Qomelauri və “agentlər haqqında qanun” layihəsini birinci oxunuşda dəstəkləyən 78 deputat aksiyada iştirak edən gənclərin sağlamlığına görə məsuliyyət daşıyırlar.

“Gəncləri vururlar. Bu Putinin tapşırığıdır. Bu bizim gənclərin, bizim ölkənin gələcəyinə qarşı məqsədli fəaliyyətlərdir. Bu rus rejimidir. Hamı bunu görməlidir. Bidzina İvanişvili gürcü xalqını məhv etmək üçün hər şey edir. Biz təslim olmamalıyıq! Sona qədər mübarizə aparmalıyıq! Ən əsası odur ki, Qomeluri , Bidzina İvanişvili, Qaribaşvili, hətta qanuna səs verən 78 deputat bütün gənclərin sağlamlığına görə məsuliyyət daşıdığını bilsin. Hər bir nəfərin sağlamlığı sizin boynunuzdadır!”
– Xabeişvili bildirib.

 

Print Email
FaceBook Twitter Google