Salome Zurabişvili Litvaya rəsmi səfər edib
Gürcüstan prezidenti Salome Zurabişvili Litvaya səfər edib.

Prezident administrasiyasının məlumatına görə, Zurabişvili Litva prezidenti Gitanas Nausedas, baş nazir İnqrida Şimonite və Seymin spikeri Viktoriya Çmilite-Nilsen ilə görüşəcək.

Səfər çərçivəsində Gürcüstan Prezidenti Litvanın İşğal və Azadlıq Mübarizə Muzeyinə baş çəkəcək, Ukraynada müharibə zamanı məcburi köçkünlər üçün açılmış “Ukrayna Mərkəzi”nə baş çəkəcək.

Deputatlar Aleko Elisaşvili və Teona Akubardia Zurabişvili ilə birlikdə Litvaya gediblər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google