Marneulidə gənclərin hazırladığı qısa metrajlı filmlərin təqdimatı keçirilib (VİDEO/FOTO)
Bu gün, 22 may
tarixində Marneuli İctimai kitabxanasında "GİPA Medi Lab" ın
gəclərlə görüşü keçirildi.
Görüş zamanı layihədə iştirak edən gənclərin aylardır üzərində
çalışdıqları qısa metrajlı filmlərin təqdimatı keçirilib. Gənclər
yaşadıqları kəndlərdə qarşılaşdıqları problemləri öz filmlərində
əks etdiriblər. Onlar filmlərində erkən evlilik, qeyri-qanuni
zibilliklər, nəqliyyat problemi və təhsil mövzularını
işıqlandırıblar.
Təqdimatın sonunda 3 qrup tərəfindən fərqli mövzularda hazırlanan
filmlər seçilərək gənclərə "GİPA"nın meneceri Nino Maxviladze
tərəfindən planşet, smartfon, və sertifikat təqdim olunub.
Birinci yerin qalibi Xancığazlı, Kirəç Muğanlı və Aşağı Saral
gəncləri tərəfindən hazırlanan "Qızsız sinif" adlı
film olub, İkinci yerin qalibi Sadaxlı gənclərinin hazırladığı
"Dostuma Məktub" adlı film və üçüncü yerdə Xuldarə
kəndindən olan gənclərin hazırladığı"Qaraj" adlı
film yer alıb.
Görüş zamanı "GİPA Media Lab" layihəsində iştirak edən gənclər,
Gipanın nümayyəndələri, Sadaxlının deputatı Rövşən İsgəndərov,
Mollaoğlu "Yeni Düşüncə İnstutu" mərkəzinin təsisçisi Kamran
Əfəndiyev, "Marneuli" radiosunun direktoru Kamilla Məmmədova
iştirak edirdilər.
Qeyd edək ki, "GİPA Media Lab" layihəsi avqust ayında başa çatır.
Layihəyə aid olan texniki vasitələr gənclərin bir sonrakı
proyektlərdə istifadə etmələri üçün "Marneuli" radiosunda və
eyni zamanda Mollaoğlu kəndində "Yeni Düşüncə İnstutu" mərkəzində
saxlanılacaq.
Görüş zamanı "Marneuli" radiosu "GİPA Media Lab" layihəsində
iştirak edən gənclərə hazırladıqları proyektləri Marneulifm.ge səyfəsində
paylaşmalarını təklif etdi.
Xatırladaq ki, "Gipa Media Lab" layihəsi eyni zamanda ucqar
bölgələrdə yaşayan şagirdlər üçün ödənişsiz təhsil imkanları
yaradır. 2017-ci ildə Səma Həsənova və Namiq Abdullayev "Gipa Media
Lab" layihəsinə qoşularaq GİPA-da ödənişsiz bakalavr təhsili almaq
imkanı qazanıblar. Aşağı Saral kəndinin şagirdi Əziz Qəniyev və Əli
Qəniyev isə hazırladığı “Aşağı Saral kəndində gənc olmaq” filmi
Moldovada təşkil edilən "ADAMI Media Prize 2018" mükafatına layiq
görülmüşdü.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166