Bu il Gürcüstan universitetlərinə nə qədər tələbə qəbul olub
Gürcüstanda yaşayan azərbaycanlılar arasında ali məktəblərə qəbul olanların sayı artıb. 2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent qəbul olub. Bu da əvvəlki tədris ili ilə müqayisədə 116 nəfər çoxdur.

Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, azərbaycanlı abituriyentlərin 1 033-ü milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olunub. 99 tələbə isə dövlət qrantı əldə edib.

Azərbaycanlı tələbələrin 338-i Gürcüstan Texniki Universitetinə, 301-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə, 208-i isə İlya Dövlət Universitetinə qəbul olunub. Qalanlar isə digər universitetlərdə təhsil alacaqlar.

Qeyd edək ki, bu il Gürcüstan universitetlərinə 296 nəfər erməni abituriyent qəbul olub. Bu da azərbaycanlılarla müqayisədə 3,6 dəfə azdır.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google