Qonaq: Con A. Penel, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi missiyasının direktoru

Con Penel bir müddət əvvəl ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)

Qafqaz missiyasının direktoru vəzifəsinə təyin olunub. Diplomat Tbilisiyə gəlməzdən əvvəl 2019-2022-ci illərdə həmin agentliyin Liviyadakı ofisinə rəhbərlik edib. Daha əvvəl, 2015-2019-cu illərdə isə Ukrayna və Belarusda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi missiyasının direktoru müavini olub.

Bu gün Cənab Penel bizim qonağımızdır. Onunla agentliyin Gürcüstanda fəaliyyətinin əsas istiqamətləri və mövcud problemlərdən danışdıq.


- İctimai Gürcüstan: Son zamanlar ABŞ-ın Gürcüstandakı fəaliyyətinə qarşı fəal media kampaniyası başlayıb. Gürcüstanda ilk dəfədir ki, bu cür tənqid təkcə hakim çoxluqdan gəlmir, həm də Rusiya və digər avtoritar dövlətlərin təbliğat elementlərini təkrarlayır. Necə düşünürsünüz, bu niyə baş verir? Sizin reaksiyanız necədir?


Con Penel: Bizim Gürcüstanla əməkdaşlıq sahəsində 30 illik təcrübəmiz var. Biz burada gürcü xalqına Avroatlantikaya tələsməsi üçün dəstək göstərməyə görə varıq. Buraya elə də çoxdan gəlməmişəm, amma burada, Tbilisidə və paytaxtdan kənarda, müxtəlif regionlarda çox adamlarla qarşılaşmaq imkanım oldu. Deyərdim ki, mənim bütün görüşlərim – Parlamentin sədri, nazirlər və nazir müavinləri, eləcə də Baş nazirin müavini, biznes sektor, ictimai təşkilatlarla görüşlərimdə əhalidə Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında olan tərəfdaşlığın davam etdirilməsinə böyük maraq olduğunu gördüm.

Bu günlərdə, ABŞ və Gürcüstan arasında əməkdaşlığın 30 illiyi qeyd olunacaq və bununla bağlı bizim səfir bütün ölkə miqyasında, regionlara da səyahət edir. Səfir görüşlər zamanı Gürcüstan əhalisindən daim qərb kursuna dəstək olan sözlər eşidir. Xalqımızdan eşitdiklərimiz aydın şəkildə sizin xatrılatdığınız çıxışlara ziddir. Bu kimi bəyanatlar, təəssüf ki, ictimaiyyətin daha çox qütbləşməsinə səbəb olur.

Demək istəyirəm ki, gürcü xalqının, biznes sektorun, gənc sahibkarların, eləcə də mülki fəalların imkanları məndə çox böyük təəssürat oyatdı. Bayaq da qeyd etdiyim kimi, burada artıq 30 ildir işləyirik və fəaliyyətimizi diqqətlə analiz edirik, nəticələrə də göz gəzdiririk. Nəticələrdən danışsaq, bizim köməyimizlə yeni fəaliyyətə başlayan məktəblər üçün yeni tədris proqramı yaradıldı, hakimlərin hazırlanmasına, daha yüksək əməkhaqqı olan iş yerlərinin yaradılmasına dəstək olduq. Fermer və digər sahibkarlara Avropa İttifaqına ixrac standartlarını qane etməkdə kömək etdik.

Bizim yardımımızla bağlı məlumat ictimai şəkildə əlçatandır, ancaq bütün proses çox şəffaf və rəqabətlidir. Təəssüf ki, bu iş hücum hədəfinə çevrildi. Çünki biz burada gürcü xalqına yardım üçün varıq və onların tərəfindən də əməkdaşlıq, tərəfdaşlıq istəyi eşidirik.

- Vətəndaş cəmiyyətindən danışmaq istəyirəm: Biz də hakim partiyanın ictimai təşkilatları gözdən salmaq üçün onlara qarşı apardığı kampaniyanı işıqlandırırıq. Bu kampaniya “Zəngin qeyri-hökumət təşkilatları”, “Qeyri-hökumət təşkilatlarının qeyri-şəffaf klanı” və “ABŞ-ın təzyiqi altında olan qeyri-hökumət təşkilatları” kimi ifadələr ətrafında yaradılır. USAİD artıq illərdir öz layihələri vasitəsi ilə birbaşa, yaxud dolayı yolla Gürcüstanın vətəndaş cəmiyyətinə dəstək göstərir. İcazə verin soruşum, USAİD bunu hansı məqsədlə edir? Hansı nəticələri əldə edib? Necə düşünrsünüz, əgər mülki məkanı məhdudlaşdırmaq səyləri davam edərsə, donorlar bu halda hansı reaksiya göstərməlidir?

Əlbəttə, bu bizim çox diqqətlə müşahidə etdiyimiz işdir. USAİD-da və Amerika Birləşmiş Ştatlarında ciddi şəkildə inanırıq ki, fəal vətəndaş cəmiyyəti güclü, şəffaf və iştiraka əsaslanmış demokratiya üçün mütləq təməl daşıdır.

Biz vətəndaş cəmiyyətinə dəstək olmaq üçün yalnız Gürcüstanda deyil, həm də bütün dünyada işləyirik. Amerika Birləşmiş Ştatlarında da ictimai təşkilatlarımız var. Onlar insan hüquqları, vətəndaş hüquqlarını qoruyurlar, hökumətdən onun fəaliyyətinə görə hesabat tələb edirlər və vətəndaşların ehtiyaclarına cavab verirlər.

Yalnız ötən il Gürcüstanda yüzdən artıq müxtəlif ictimai təşkilatla işlədik. Məsələn, xüsusi ehtiyacı olan uşaqlar hökumətdən müvafiq yardım ala bilsinlər, tullantıların emalı və ya içməli suyun verilməsi baxımından, başqa ekoloji məsələlərdə yerli icmanın yanında olsunlar.

Bizim yardımımızla qeyri-hökumət təşkilatları hüquqşünas və ya vəkil tuta bilməyən şəxslərə pulsuz yardım göstərirdilər. Onların sayəsində 90 000-dən artıq vətəndaş hüquqi yardım aldı, 14 min işdə vətəndaşlara qeyri-hökumət təşkilatları tərəfindən ayrılmış vəkillərinin olması üçün şərait yaradıldı. Vətəndaş cəmiyyəti məhz belə işlər görür və ona görə də onun mövcud olması mühümdür.

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini təsvir etmək üçün bir hadisə danışmaq istəyirəm: bizim tərəfdaş təşkilatlardan biri uşaqlara məktəbə qəbul olmaqda müvafiq hüquqi maneələr olan zaman kömək edir. Məsələn, bir uşaq anasını itirib, atası isə Rusiya vətəndaşı idi və onun tapmaq mümkün olmadı. Nənəsi istəyirdi ki, uşağa qəyyum olsun, ancaq hüquqi prosedurların başa çatması gecikib. Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatı qəyyumluq məsələsinin həllində də, uşağın məktəbə getməsində problemlərin aradan qaldırılmasına nail oldu. İndi o, nənəsi ilə yaşayır və məktəbə gedir. Vətəndaş cəmiyyəti belə işlərin həyata keçirilməsi üçün yalnız Gürcüstanda deyil, həm də bütün dünyada mühümdür. Ona görə gələcəkdə də onlara dəstək olmağa davam edəcəyik.

- İcazə verin, medianın azadlığı və dezinformasiya, bu iki qarşılıqlı əlaqəsi olan mövzuya toxunum. Çox sayda müşahidəçilər Gürcüstanın olduqca qütbləşmiş televiziya media mühiti haqqında yazır, ancaq eyni zamanda qeyd edirlər ki, regionlar və onlayn media vasitələrində tam fərqli, fəal, müstəqil, ictimai maraqları qorumaq üçün işləyən jurnalistika mövcuddur. Həmin jurnalistika düşmənin yanlış məlumat təbliğ etməsi ilə mübarizə aparmağa çalışır. Bildiyim kimi, USAİD-in yanlış məlumata qarşı istiqamətlənmiş proqramı var. Həmin proqram artıq uzun zamandır həyata keçirilir. Bir az əvvəl isə mediaya dəstək olan yeni proqram başladı. USAİD-in strategiyası necədir, bu sahədə nəyi və necə dəstəkləməyi düşünürsünüz?

Təəssüf ki, qütbləşmə və yanlış məlumat bütün dünyanın, eləcə də bizim ölkənin qarşısında dayandığı problemdir. Çox istəyirik Gürcüstana, eləcə də çox ölkələrə informasiya məkanında yanlış məlumat və təbliğatdan qorunmaqda kömək edək. Bunu etmək üçün müstəqil jurnalistlərə və media vasitələrinə etik baxımdan düzgün, faktlara əsaslanan məlumat yayımlamaqda dəstək oluruq. Bu yardımı artıq illərdir göstəririk və gələcəkdə də davam etdirəcəyik. Bu xüsusilə əhalinin gürcü dilində danışmadığı regionlarda mühümdür. Belə hallarda mediaya yardım edirik ki, azlıqlara öz ana dillərində məlumat versinlər.

Sərhədə yaxın yerləşən rayonlarda da vəziyyət çətindir. Bizim köməyimizlə əhalinin faktlara əsaslanan, etik prinsiplərə istinadən hazırlanmış məlumat almaq şəraiti var. Əks halda bu məlumat onlara əlçatan olmayacaqdı. Bu mühümdür, hələ ki, onların ətrafında rus media və dezinformasiyasının təsiri böyükdür.

Bir neçə həftə əvvəl yanlış məlumatla mübarizə haqqında innovativ müsabiqədə iştirak etdim. Son iki il ərzində artıq ikinci dəfə belə müsabiqə keçiririk. Gənclərə informasiya texnologiyaları sahəsində bacarıqlarını nümayiş etdirmək imkanı verilir. Həmin bacarıqlardan yalnız yanlış məlumatla mübarizədə deyil, həm də Gürcüstanda media maarifləndirmənin yaxşılaşdırılması məqsədi ilə də istifadə edə bilərlər. Bu müsabiqə iştirakçılara öz təcrübə və məhsulları ilə beynəlxalq istifadəçini tanış etmək şəraiti yaradır. Onlar yeni gəlir mənbəyi də yarada bilərlər. Hələ ki, məsələ sosial medianın analiz alətlərindən, göstərici bazalarının məlumat aqreqatorlarına aiddirsə. Bu istiqamətdə Gürcüstanda çox böyük potensial görürük.

- USAİD-in proqramları ilə yaxşı tanış olanlar bilir ki, son illərdə bizneslə sinergetikaya dəstək olmağa böyük diqqət ayırırsınız. Məsələn, vətəndaş cəmiyyətinə dəstək olan klassik layihələrdə biznes elementləri nəzərdə tutulub, gənc fəallara dəstək proqramları işlə təmin etmənin əlçatanlığını da əhatə edir və s. Niyə belə yanaşma? Artıq nəyə nail olubsunuz və bu USAİD-in yanaşmasının dəyişməsimi deməkdir?

Bəli, bizim özəl sektorun iştirakı ilə bağlı yanaşmamış zamanla dəyişdi. Görürük ki, bütün dünyada və burada, Gürcüstanda özəl sektorun bizimlə tərəfdaşlıq etməyə böyük marağı var. Özəl sektorla əməkdaşlıq innovasiyalara dəstək olmaqla bağlı çox sayda imkan yaradır və ictimaiyyətin daha geniş təbəqələrinin iqtisadiyyatın inkişafında iştirakına dəstək olur.

Ötən həftə Gürcüstan Peşə Bacarıqları Agentliyinin rəhbəri, Elm və Təhsil nazirinin müavini və BMT-nin Qadın Təşkilatının Regional direktoru ilə birlikdə yeni proqrama başladıq. Proqram ilkin mərhələdə 17 müxtəlif sahəni əhatə edir. Bunlar informasiya-kommunikasiya biznesi, turizm və mehmanxana xidməti, tibb bacısı işi, avtomobil sənayesi, tikinti, limanların inkişaf etdirilməsidir. Bu sahələrdə özəl sektoru müxtəlif təşkilatlarla əlaqələndirdik ki, Gürcüstanda işçi qüvvəsinin müasirləşdirilməsi üçün lazım olan bacarıqların aşkar edilməsinə kömək edək.

Qeyd etmək lazımdır ki, məsələn, tibb bacısı işi sahəsində müvafiq kvalifikasiya və sertifikatın tətbiq edilməsi Avropa İttifaqına üzvlüklə əlaqədar tələbdir və bu məsələdə Gürcüstanın xəstəxanaları ilə sıx əməkdaşlıq edirik. Bundan əlavə, bir az əvvəl “TBC” Bankla yeni razılaşma imzaladıq. Razılaşma 30 milyon ABŞ dolları dəyərində kredit xəttinin açılmasını nəzərdə tutur və bunun çərçivəsində kiçik, orta, böyük, xüsusilə də qadınların idarə etdiyi və ya kənddə işləyən müəssisələr kredit götürə biləcəklər.
Biz bu proqramın on minlərlə yeni iş yerinin yaradılmasına və 100 milyondan çox yeni satışların yaradılmasına kömək edəcəyini gözləyirik. Bu kimi yeni imkanlar yaratmağı məhz özəl sektorla əməkdaşlıqa edə bilərik.

TBC Bank və eləcə də British Petroelum, Ajara Group və başqaları ilə də belə razılaşmamız var. Onlarla əməkdaşlıq nəticəsində çalışırıq ki, iqtisadi ehtiyacları müəyyən edək, onların şəbəkə və təcrübəsindən vətəndaşların iqtisadi fəaliyyətə qoşulması üçün istifadə edək.

Müstəqil institutların taleyi ictimai diqqət mərkəzindədir. Məsələn, Xalq Müdafiəçisi Aparatı və Dövlət Audit Xidməti. İndi, birində yeni rəhbərin təyin edilməsinə və digərində rəhbərliyin gözlənilən dəyişikliyinə əksəriyyət heyrətlə baxır. USAİD-in proqramları həmin institutların müstəqillik və effektivliyinə necə dəstək göstərir?
Vətəndaş cəmiyyətinə dəstəklə yanaşı daha çox siyasi sahədə, Xalq Müdafiəçisi Aparatı və Dövlət Audit Xidmətinə dəstək göstərməyə də davam edirik. Hər iki institutla əməkdaşlığımıza görə çox qürur duyuruq.

Xalq Müdafiəçisi Aparatı və onların komandası ilə bir neçə dəfə çox yaxşı görüşüm oldu. Onların müstəqil institutu hakimiyyət tərəfindən insan hüquqlarına reaksiya göstərilməsini təmin edir. Onlar müxtəlif problemlərə reaksiya göstərmək baxımından çox mühüm işlər görürlər və bunu daha da operativ, sürətli etməyə çalışırlar.

Yeni Xalq Müdafiəçisinin seçilməsi prosesinin qərəzsiz və şəffaf keçirilməsi, seçilmiş namizədin yüksək kvalifikasiyalı, hər tərəf üçün qəbuledilən şəxs olması çox mühümdür. Bu bizim diqqətlə müşahidə etdiyimiz mövzudur. Hələ ki, bu Avropa İttifaqına namizədlik statusunu almaq üçün vacib olan 12 tələbdən biridir.

Dövlət Audit Xidmətinə gəldikdə isə bildiyiniz kimi, onların yeni rəhbəri var və yaxın gələcəkdə görüşəcəyik. Dövlət Audit Xidməti ilə son on il ərzində göstərdiymiz fəaliyyətə görə çox razıyam. Xalq Müdafiəçisi Aparatı kimi onlar da müstəqil nəzarətçi orqan rolunu yerinə yetirirlər. Ancaq bunu dövlət vəsaitinin idarə edilməsi və istifadəyə verilməsinin şəffaflığını təmin etmək məsələsində həyata keçirirlər. Biz onlarla əməkdaşlığı davam etdirəcəyik. Sevinirəm ki, ABŞ Hökumətinin Hesabatlılıq Xidməti (GAO) bu işdə bizim tərəfdaşımızdır və bu dəstəyin davam etdiriləcəyini səbirsizliklə gözləyirik.

Müsahibə üçün çox sağ olun. Ümid edirik ki, yenə söhbət etmək imkanımız olacaq.
Penel: Mən də sizə minnətdarlığımı bildirirəm.

 

Print Email
FaceBook Twitter Google