Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri içməli su
problemindən şikayətlənirlər.
Kənd sakinlərinin sözlərinə görə, içməli su ehtiyaclarını
qarşılamaq üçün uzun məsafə qət edərək kəndin digər küçələrində
yerləşən bulaqlardan su gətirməli olurlar.
Onların dediyinə görə, bir neçə gündür ki, su nasosu sıradan çıxıb.
Sakinlər problemlə bağlı aidiyyatı orqanlara müraciət ediblər.
Aidiyyatı orqanlardan sakinlərə bildiriblər ki, onların problemi
bir neçə həftəyə öz həllini tapacaq.
Məsələyə aydınlıq gətirmək üçün Faxralı və İmirhəsən kəndinin İcra
nümayəndəsi Novruz Ayvazovla əlaqə saxladıq. O, “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, məsələ ilə bağlı xəbəri var.
“Aşağı məhəllədə su nasosu yanıb. İndi aşağı məhəllədə
su yoxdu. Kəndin yuxarı məhəlləsində isə içməli su var. 2023-cü
ilin 8 noyabırında 7.5 klavatlıq yeni su nasosu qoyulmuşdu. Su
nasosu gün ərzində dayanmadan 9 saat işlədilirdi. Buna görə də
yanıb. Üç gündür ki sıradan çıxıb. Rayonun balansında olan 5.5
klavatlıq su nasosu bu gün gətiriləcək və quraşdırılacaq. Bu nasos
da yuxarıda bir quyumuz var idi. Ora üçün alınmışdır. Qərara gəldik
ki, bunu müvəqqəti olaraq aşağıya qoyaq. Çünki burada əhali sıx
yaşayır. Tender elan olunub yenisi alındıqdan sonra 7.5 klavatlıq
nasosla əvəz edilib dəyişdiriləcək. 5.5 klavatıq isə yuxarıya
aparılacaq”.
İcra nümayəndəsi onu da bildirdi ki, kənddə içməli su ilə bağlı
böyük su layihəsi həyata keçirilir.
“Kənddə böyük içməli su layihəsi həyata keçirilir. 23
815 000 larilik layihədir. 24 saatlıq əhalin su ilə təmin edilməsi
üçün hər evə su xətləri çəkilir. İşlərin üçdə biri sona çatıb.
Qazıntı işləri aparılan zaman köhnə xətlərə də ziyan dəyir. Köhnə
xətlərin hansı ərazidən keçdiyi bilinmədiyi üçün tez-tez qəzalar
baş verir. Bu da tez bir zamanda öz həllini tapır və
düzəldilir”.
Novruz Ayvazov onu da bildirdi ki, yeni çəkilən su xətti bu ilin
sonunda istifadəyə verilməsi planlaşdırılır.
İstifadə olun əsas şəkil "Marneuli" radiosunun arxivindən
götürülüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.