Faiq Quliyev Bolnisidə ziyalı və müəllimlərlə görüşüb (FOTO)
Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə baş çəkib.

Səfir 2021-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılan mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Mərkəzin rəhbəri Rezo Həsənov məlumat verib ki, mərkəzdə yerli sakinlərə təmənnasız hüquqi yardım xidmətləri göstərilir və gürcü, ingilis dilləri kursları təşkil edilir.

Faiq Quliyev mərkəzin otaqlarına baş çəkib, mövcud şərait, tədris prosesi və hüquqi yardım prosedurları ilə maraqlanıb.

Bolnisidə bu cür təşkilatın fəaliyyətini müsbət qiymətəndirən səfir mərkəzə yeni nailiyyətlər arzulayıb. O, gələcəkdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində kursların sayının artırılacağına ümidvarlıq ifadə edib, təşkilatın gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıb. Rezo Həsənov bildirib ki, tezliklə Azərbaycan dili və ədəbiyyatı kurslarının təşkili planlaşdırılıb və bu məqsədlə artıq 35-dən çox şagird qeydiyyatdan keçib.

Mərkəzlə tanışlıqdan sonra Faiq Quliyev Bolnisini təmsil edən bir qrup ziyalı və gənc müəllimlərlə görüşüb. Görüşdə azərbaycanlıları təhsil sahəsində narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud çatışmazlıqlar və boşluqların aradan qaldırılması istiqamətində görüş iştirakçılarının təklifləri dinlənilib.

Səfir Gürcüstanda yaşayan azərbaycanlılar üçün təhsil sahəsində Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən layihə və proqramlardan danışıb. Vurğulayıb ki, dəstək tədbirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən reallaşdırılır və məqsəd yerli əhalinin təhsilli olması, Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyasına töhfə verməkdir.

Görüşdə Gürcüstanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılmasının vacibliyi, azərbaycanlı gənclərin ali təhsil aldıqdan sonra işlə təminatı, azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, məktəb kitabxanalarının Azərbaycan dilində bədii ədəbiyyat kitabları ilə təminatı, gənc müəllimlərin orta təhsil müəssisələrinə cəlb olunmasının stimullaşdırılması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərin təşkili və digər məsələlər barədə geniş müzakirə aparılıb.

Müzakirələrdə iştirak edən ziyalılar görüşün keçirilməsinə görə təşəkkürlərini bildiriblər, azərbaycanlı icmanı narahat edən məsələlərin daim diqqət mərkəzində saxlanılmasından razılıq ifadə ediblər.
Sonda səfirlik adından Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə xatirə hədiyyəsi təqdim edilib, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulanıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google