Gürcüstanda qızılın qiyməti neçəyədir - onun dəyəri son yeddi il ərzində ən yüksək həddə çatıb
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda dünya birjalarında qızılın qiyməti son yeddi ildə yüksək həddə qalxıb.

Goldman Sachs Group Inc-in analitikinin fikrincə qızılın qiyməti ola bilsin neftin qiymətindən də çox bahalaşsın. UBS Group AG və ABN Amro Bank NV-nın analitikinin fikrincə isə əgər regionda gərginlik davam edərsə qızılın qiyməti gələcəkdə 1600 dolları da aşacaq.

“Biznespressnews” Gürcüstanda qızılın qiyməti ilə maraqlandı. Yerli maliyyə məlumat platforması “Aqara maliyyənin” məlumatına görə, ötən ilin yanvar ayı ilə müqayisədə bu il yüksək keyfiyyətli qızılın orta dəyəri 6.60 lari artıb. 999 problu qızılın qiyməti bugünkü vəziyyətə əsasən 115.60 laridir, ötən ilin yanvarında isə 109 lari idi.

Digər qızıl probları isə platformaya əsasən bugünkü vəziyyətdə 375 problu qızıl 43.39 laridir, ötən ilin yanvarında isə onun orta qiyməti 41 lari idi; 500 prob qızılın qiyməti 57.86 laridir, 2019-cu ilin yanvarında isə 54 lari idi; 583 prob qızılın qramı 67,46 laridir, 2019-cu ilin başlanğıcında isə 64 lari idi; 750 prob qızılın dəyəri bu gün 86,79 laridir, 2019-cu ilin yanvarında isə onun dəyəri 82 lari idi; 900 prob qızılın 1 qramının dəyəri 104,15 laridir, ötən ilin başlanğıcında isə 98 lari idi; 958 prob qızılın dəyəri 110.86 laridir, ötən ilin yanvarında isə onun dəyəri 105 lari idi.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər