İstintaq Xidməti fırıldaqçılıqla pul mənimsəməyə cəhd faktı ilə bağlı bir nəfəri saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ tədbirlər və istintaq nəticəsində vətəndaşa məxsus pulun fırıldaqçılıq yolu ilə mənimsənilməsinə cəhd ittihamı ilə bir nəfəri saxlayıb.

“İstintaq nəticəsində aydın olub ki, müttəhim Gürcüstanın işğal edilmiş ərazilərdən məcburi köçkün olan şəxslə əlaqə saxlayıb və onu aldadaraq inandırıb ki, müəyyən qədər pul ödəyərsə, Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Məcburi Köçkünlər və Qaçqınlar Nazirliyinin nümayəndəsinin köməyi ilə ona Zuqdididə yaşayış evi verilməsinə yardım edəcək.

Qeyd olunan şəxs fırıldaqçılıq məqsədi ilə o vətəndaşdan 10 000 lari tələb edərək alıb və həmin vaxt saxlanılıb”, – İstintaq Xidmətindən bildiriblər.

İstintaq Xidmətinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər