Abazovun vəzifəyə qayıtmaq şansı var ya yox
Temur Abazovun
mer öhdəliyi 2018-ci ilin 18 iyununda baş tutan Marneuli bələdiyyə
məclisinin iclasında dayandırılıb.
Öhdəliyin dayandırılması nəzərdə tutur ki, Abazov məhkəmə iclası
başa çatana kimi və müvafiq olaraq yekun hökm çıxarılana kimi mer
vəzifəsinə qayıda bilməz. Əgər məhkəmə Abazova bəraət qazandırarsa
o zaman onun vəzifəyə qayıtması məhkəmə qərarı ilə olmalıdı.
Marneulinin keçmiş merinin həbs tədbiri 13 dekabrda dəyişib və o,
girov qarşılığında azad olunub.
Abazovun azad olunmasından sonra Marneulidə iki şəkildə məlumat
yayıldı. Birinci – keçmiş merin azad olunması onun vəzifəyə təyin
olunmasını nəzərdə tutur və ikinci – azadlıqdan sonra Marneulidə
mer seçkiləri keçiriləcək.
Qeyd olunmalıdır ki, heç bir məlumat həqiqətə uyğun deyil.
Baxmayaraq ki, onu həbsdən azad ediblər məhkəmə iclasları yenə də
davam edir və hakimin son qərarı nə zaman çıxaracağı məlum deyil.
Seçkilərin keçirilməsi isə məhz yekun qərardan asılıdır.