Zaur Tabatadzenin 2018-ci il üçün ən mühüm hesab etdiyi 3 layihə
“Yenə də
böyüyəcəklər” abidəsinin bərpası və ətraf ərazisində parkın
yaradılması, Sadaxlı uşaq bağçası və Algeti uşaq bağçasının açılışı
– bunlar Marneuli merinin səlahiyyətlərini icra edən Zaur
Tabatadzenin 2018-ci ildəki 3 ən mühüm
layihəsidir.
İlk üçlüyə daxil olmasa da, Zaur Tabatadze Dəmyə-Görarxında
tikintisinə yaxın vaxtlarda başlanılacaq sahil bərkitmə işləri
layihəsini də çox mühüm hesab edir.
“Yenə də böyüyəcəklər” abidəsinin bərpası və ətrafının
abadlaşdırılması işlərinə artıq başlanılıb. Bu layihə üçün Marneuli
bələdiyyəsinin büdcəsindən 994 848 lari ayrılıb. Tender şərtlərinə
görə, işlər 2019-cu ildə tamamlanmalıdır. Tenderdən aydın olur ki,
abidənin bərpası və istirahət parkının yaradılması işləri iki
mərhələdə həyata keçiriləcək.
1975-ci ildə qoyulmuş abidə təmizlənəcək və sıradan çıxmış hissə
abidənin bətii-arxitektur kompozisiyası dəyişdirilməyəcək şəkildə
bərpa ediləcək. Belə ki “Yenə də böyüyəcəklər” abidəsi mədəni irs
statusuna malikdir.
Marneuli meriyası tərəfindən yayımlanmış bəyanatda qeyd olunub ki,
abidənin bərpa olunmasından başqa, ətrafında də bir neçə zonaya
bölünmüş parkın salınması da planlaşdırılır.
Algeti və Sadaxlı uşaq bağçaları isə müasir standartlara cavab
verəcək şəkildə tikilib və hər biri 150 uşaq üçün nəzərdə tutulub.
Lakin Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun dediyinə
görə, hər iki bağçada 180 nəfər uşaq yerləşdirmək mümkün
olacaq.