Algeti uşaq bağçası üçün içməli su quyusunun qazılmasına 42 937 lariyədək vəsaitin xərclənməsi planlaşdırılır
Marneuli bələdiyyəsi yerli özünüidarəetmə orqanı Algeti uşaq bağçası üçün içməli su quyusunun qazılması ilə bağlı tender elan edib.

Tenderdə qeyd olunan məlumata görə, bağça açıldığı gündən bu günədək oraya içməli su verilməyib. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun bizimlə söhbəti zamanı bildirdiyinə görə, bu günədək Algeti uşaq bağçasını içməli su ilə özəl şirkət təmin edirdi.

Bağçanın içməli su ilə təmin olunması üçün bələdiyyə 42 937 lariyədək vəsait xərcləyəcək.

Meriya tenderi 28 fevral tarixində elan edib, tenderdə iştirak etmək istəyən şirkətlər 8 martdan 11 martadək müraciət edə bilərlər. Qalib gəlmiş şirkət müqavilə bağlandıqdan 60 gün ərzində içməli su quyusunu təhvil verməlidir.

Qeyd edək ki, Algeti uşaq bağçası 8 oktyabr tarixində açılıb. Bağçada 5 qrupun hər birində 40 uşaq var. Bağça binası açılışdan 2 il əvvəl tikilmişdi, lakin daxili dizaynın qaydaya salınmasına görə fəaliyyətə ötən il başlamışdı.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər