Marneulidə dövlət kollecinin təqdimatı 17 apreldə baş tutacaq, kollec fəaliyyətə isə iki ils sonra başlayacaq

Marneulidə kollecin rəsmi təqdimatı 17 aprel tarixində keçiriləcək, lakin şagirdlər bu peşə məktəbində 2 il sonra təhsil ala biləcəklər.

Kollecin tikinti işləri hələ başlamayıb, məhz buna görə də Rustavi Peşə Məktəbinin Marneuli filialı fəaliyyətə illər sonra başlayacaq.

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Böyüklərin Təhsili İdarəsinin rəhbəri Marika Zakareişvilinin “Marneuli” radiosuna bildirdiyinə görə, Marneuli sakinləri peşə təhsili üçün əsasən Rustavi və ya Tbilisiyə üz tuturlar.

“Kollecin yaradılması üçün işlər, torpaq axtarışı və s. davam edir. Biz araşdırmışıq, bir il yarım bundan əvvəl Marneuli rəhbərliyi ilə görüşümüz olmuşdu və aydın olmuşdu ki, Marneulidə kollecin olmasına böyük tələbat var. Xüsusilə də kənd təsərrüfatı istiqamətində”, – Marika Zakareişvili deyir.

Rustavi Peşə Məktəbi Marneulidə ilk dövlət kolleci olacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər