Marneulinin özəl kollecləri peşə proqramları ilə bağlı maliyyələşdirmə əldə edə bilməyəcəklər
Marneulidə fəaliyyət göstərən özəl kolleclər dövlət tərəfindən peşə proqramlarına maliyyələşdirmə əldə edə bilməyəcəklər. Peşə təhsili proqramına əsasən dövlət üstün olan istiqamətlərdə maliyyələşdirmə verəcək və kollecin tələbələri pulsuz və ya yarı maliyyələşdirmə ilə təhsil alacaqlar.

Bizimlə söhbət zamanı Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Böyüklərin Təhsili İdarəsinin rəhbəri Marika Zakareişvili deyir ki, dövlət proqramına düşmək üçün özəl kolleclər müəyyən ərizələri doldurmalıdırlar.

“Dövlət proqramıa düşmək istəyən özəl kolleclər bütün sənədləri, anket-sorğuları doldurmalıdırlar və dövlətin prosedurlarını yerinə yetirməlidirilər, belə müəyyən istiqamətlərdə maliyyələşdirmə əldə edəcəklər” – Marika Zakareişvili deyir.

Böyüklərin Təhsil İdarəçiliyinin rəhbəri bildirir ki, dövlətin üstünlük hesab etdiyi istiqamətlər hələ müəyyən edilməyib və buna görə də hələlik məluma deyil hansı proqramlarda pulsuz təhsil almaq mümkün olacaq. Bu haqda məlumatı həftənin sonuna qədər biləcəyik, peşə proqramlarında təhsil almaq istəyənlərin 2019-cu ilin yaz qəbuluna qeydiyyatı isə 8 apreldən başlayacaq və 19 aprel də daxil olmaqla davam edəcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər