Marneulililər əsasən bədii ədəbiyyata üstünlük verirlər

Bu gün, 23 apreldə beynəlxalq kitab günü qeyd olunur.

"Marneuli" Radiosu maraqlandı ki, əhali hansı kitabları oxuyur və biz bunun üçün Marneulinin ictimai kitabxanasının direktoru Lana Xexelaşvili ilə əlaqə saxladlq. O, qeyd etdi ki, Marneuli sakinləri seçimlərini əsasən bədii ədəbiyyatda edirlər. Kitabların təqribən 90%-i bu janrda olan kitablara düşür.

2019-cu ilin üç ayı (yanvar, fevral, mart) aylarında statsiktik göstəricilərə görə qeydiyyat olmuş oxucuların sayı 160 nəfəri təşkil edir. Zaldan isə 142 adam istifadə edib, kompütrerdən istifadə edənlərin sayı 151 nəfərdir. Aparılan kitabların sayı üç ay ərzində 955-dir.

Qeyd edilməlidir ki, 2018-ci illə müqayisədə (yanvar, fevral, mart) aparılan kitabların sayı 2019-cu ildə 293 qədər artıb.

Lana Xexelaşvilinin sözlərinə görə gələcəkdə kitabxanaya yeni kitabların alınmasını planlaşdırırlar.
Marneulinin ictimai kitabxanası 2017-ci ilin 21 martında açılıb. Bu qədər vaxt ərzində isə kitabxana bir çox layihələr, tədbirlər və aktivliklər həyata keçirib.

1995-ci ildə UNESCO 23 apreli rəsmi olaraq dünya kitab və müəllif hüquqları günü olaraq elan edib və həmin gün 1996-cı ildən qeyd olunur.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər