Marneulidə 1800-ə qədər uşaq birinci sinfə qədəm qoyub

Bu gün, 16 sentyabr tarixində Marneulinin ictimai məktəblərində 1800-ə qədər uşaq birinci sinfə qədəm qoyub.


Bələdiyyədə cəmi 74 məktəb fəaliyyət göstərir. Ancaq onlardan ikisi, Ağqula və Opreti kəndlərinin məktəbləri bu il birinci sinif şagirdlərini qəbul edə bilməyib. "Marneuli" radiosu ilə söhbəti zamanı Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov bildirir ki, belə hal ilk dəfə baş vermir. Ağqula kənd məktəbində artıq üç ildir ki, birinci sinif şagirdləri yoxdur.

Marneulinin 1 saylı ictimai məktəbi tədrisə yeni tikilmiş binada başlayıb. 1 saylı məktəb üç il ərzində Marneulinin 8 saylı ictimai məktəbinin binasına köçürülmüşdü. Məktəbin tikintisi üçün elan olunan tender təxminən 5 dəfə baş tutmamışdı. Amma yekunda məktəbin tikintisi 2019-2020-ci tədris ili üçün mümkün oldu.

Resurs Mərkəzin rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki, Marneulinin 17 məktəbində qismən təmir-bərpa işləri aparılıb, indiki mərhələdə isə 8 məktəbdə tikinti/bərpa işləri planlaşdırılır.

 

Print Email
FaceBook Twitter Google