Saimerlo kəndin 140-a yaxın uşaq bu gün bağçaya gedə bilməyib

Saimerlo kəndinin artıq yeni uşaq bağçası var. Buna baxmayaraq 140-a yaxın uşaq bu gün, 16 sentyabrda bağçaya gedə bilməyib.

Səbəb isə tenderin pozulması olub. Marneuli bələdiyyəsi tenderi məişət texnikası, soyuducular və başqa vacib əşyaların alınması üçün elan edibmiş. Marneuli Uşaq Bağçaları Birlyinin rəhbəri Zaur Kərəmov deyir ki, vaxt qazanmaq məqsədi ilə "təcili addım atıblar". İndi bağça üçün lazım olan əşyaların alınması lazımdır. O, güman edir ki, 1 oktyabrda bağça açılacaq.

“Bütün addımlar atılıb, yalnız əşyaların gətirilməsi qalıb. Birdə jalüzlər düzəldilməlidir və düşünürəm ki, bir oktyabra qədər çatdıracağıq”, – Zaur Kərəmov deyir.

Mövcud vəziyyətə görə valideynlər narahat olub. Onlar rəsmi müsahibə verməkdən çəkinsələr də, fərdi söhbət zamanı deyirlər ki, bağçada tədrisin təxirə salınması onlar üçün gözlənilməzdir. Uşaqları başqa kəndlərə qeydiyyatdan keçirə bilmirlər və oktyabrda tədrisin başlayacağına da əmin deyillər.

Saimerloda yeni bağçanın tikilməsi binanın qəza vəziyyətində olmasına görə lazım olub. İki il ərzində 100-ə qədər uşaq həmin kənddə şəxsi evlərdən birində yaradılmış müvəqqəti bağçaya gedirdi. Yeni uşaq bağçasını “Memontaje Nika” MMC inşa edib və işlər üçün bir ildən artıq vaxt lazım olub. Layihə üçün yerli büdcədən 587 000 lari xərclənib. Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, ancaq Marneuli miqyasında bütün uşaqların məktəbəqədər təhsillə təmin olunması mümkün deyil. Misal üçün, bu il yerlərin yetərli olmamasına görə 200 uşaq ehtiyat siyahısındadır.

 

Print Email
FaceBook Twitter Google