Marneuli Bələdiyyə Məclisində 10 vakansiya elan edilib
Marneuli Bələdiyyə Məclisində 10 vakansiya elan edilib. Qanunverici orqan müxtəlif vəzifələri tutmaq üçün 8 vakansiyanı qapalı, 2 vakansiyanı isə açıq müsabiqə qaydası ilə elan edib.

Qeyd olunan vakansiyalarda minimum əməkhaqqı 1936 lari, maksimum əməkhaqqı isə 2783 lari müəyyən edilib. Müsabiqədə 24 iyuna qədər iştirak etmək mümkündür.

Qapalı müsabiqə vakansiyaları:
  • Bələdiyyə Məclisi Aparatının Təşkilat Şöbəsi – Birinci kateqoriyalı baş mütəxəssis, 2 vakant yer, əməkhaqqı 2057 lari.
  • Bələdiyyə Məclisi Aparatının Təşkilat Şöbəsi – İkinci kateqoriyalı baş mütəxəssis, 1 vakant yer, əməkhaqqı 1936 lari.
  • Bələdiyyə Məclisi Aparatının Gender Məsələləri və QHT sektoru ilə Əlaqələr Şöbəsi – İkinci kateqoriyalı baş mütəxəssis, 2 vakant yer, əməkhaqqı 1936 lari
  • Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki və Kompüter Təminat Şöbəsi – Baş mütəxəssis, 1 vakant yer, əməkhaqqı 1936 lari.
  • Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki və Kompüter Təminat Şöbəsi – İkinci kateqoriyalı baş mütəxəssis, 1 vakant yer, əməkhaqqı 1936 lari.
Açıq müsabiqə vakansiyaları:
  • Bələdiyyə Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi – rəhbər, 1 vakant yer, əməkhaqqı 2783 lari.
  • Bələdiyyə Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi – Birinci kateqoriyalı baş mütəxəssis, 2 vakant yer, əməkhaqqı 2057 lari.
Müsabiqə üç mərhələdən ibarətdir:
  • Müraciətlərin seçimi
  • Şifahi tapşırıq
  • Müsahibə
Marneuli Bələdiyyə Məclisinin vakansiyaları ilə bağlı ətraflı məlumata buradan baxa bilərsiniz: LİNKƏ DAXİL OLUN.


Print Email
FaceBook Twitter Google