Koronavirusa yoluxanların 33% Kvemo Kartlidəndir
Amiran Qamkrelidzenin sözlərinə görə, Kvemo Kartlidə koronavirusa yoluxma göstəricisi Gürcüstanda virusa yoluxanların 33%-dir. Gürcüstan miqyasında koronavirusa yoluxanların sayı 604 nəfərdir. Ondan 198-i Kvemo Kartlidə qeydə alınıb. Kvemo Kartlidə ən böyük yoluxma halı 117 nəfər ilə Bolnisidə, daha sonra 48 hal ilə Tetritskarodadır, Marneulidə isə 33 yoluxma halı qeydə alınıb.

"Bildiyiniz kimi bu region sərt karantin altındadır. Regiona növbəti dəstək proqramı hazırlanıb. Regionda virusa yoluxma halı erkən mərhələdə aşkarlanarsa, intensiv çalışmalara başlanılacaq", – Amiran Qamkrelidze mətbuat konfransında bildirib.

Amiran Qamkrelidze 2 may tarixində Marneuli meriyasında olarkən bildirib ki, Marneulidə "Geo Hospitals”ın yaxud "Aversi”nin bazasında PCR testlər üçün kiçik laboratoriya yaradıla bilər. Bu prosesin nə zaman həyata keçiriləcəyi haqda Xəstəliklərə Nəzarət Milli Mərkəzindən "Marneuli" radiosuna məlumat vermədilər. Qamkrelidze onu da qeyd edib ki, Marneulidən iki nəfər Tbilisidə analizlərin götürülməsi ilə bağlı təlim keçəcək. Marneulinin İctimai Səhiyyə Mərkəzində nümayəndələrinin təlimlərə nə zaman göndəriləcəyini dəqiq bilmirlər.
Print Email
FaceBook Twitter Google