Ədliyyə Evinin xidmətlərindən istifadə etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır
Bu gün, 18 may tarixində Ədliyyə Evi çalışmağa başlayıb. Ədliyyə Evinin ətrafında əhali sıxlığı hiss olunur. Vətəndaşlar müxtəlif xidmətlərdən yararlanmaq üçün növbəyə durublar.

Ədliyyə Evinin Marketinq və Xidmətlərin İnkişafı Şöbəsinin rəhbəri Ani Qiqineişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirirb ki, bu gündən vətəndaşlar Marneulinin Ədliyyə Evində bütün xidmtələrdən istifadə edə biləcəklər.

“Başqa filiallarda olduğu kimi Marneulidə də bütün növ dövlət xidmətləri, şəxsiyyət vəsiqəsi, pasport, doğum şəhadətnaməsi və.s əlçatandır. Eləcə də Milli İctimai Reyestrin xidmətələri, arxiv, Milli İcra Bürosunun xidmətləri də əlçatandır. Bu deməkdir ki, indiyə qədər əlçatan olan bütün xidmətlər yenidən əlçatan olacaq”, - Ani Qiqineişvili deyir.

Ədliyyə Evlərində xidmətdən yararlanmaq üçün vətəndaşlar əvvəlcədən növbə tutmalıdır. Ani Qiqineişvilinin sözlərinə görə, bu vətəndaşların Ədliyyə Evinin xidmətindən yararlanması üçün yeganə imkandır.

“Qeydiyyatdan keçmək çox asandır. Əgər vətəndaşın evdə kompüteri varsa, kimdənsə kömək istəyə bilər və telefon vasitəsilə də qeydiyyatdan keçə bilər. Bu ona görə vacibdir ki, eyni məkanda çox sayda əhali toplaşmasın”, – Ani Qiqeneişvili deyir.

Ədliyyə Evlərinə növbə almaq üçün my.gov.ge. portalında qeydiyyatdan keçmək lazımdır. Bir növbə aldıqda yalnız 1 xidmətdən yararlanmaq mümkündür. Xidmətdən istifadə etmək üçün yalnız maraqlanan şəxs Ədliyyə Evinə getməlidir. Növbə üçün qeydiyyatdan keçdiyinizlə bağlı qısa mətnli təsdiq mesajı alınır. Xidmətdən yararlanmaq üçün Ədliyyə Evində həmin mesajı göstərməniz vacibdir. Qeyd etdiyiniz vaxtda Ədliyyə Evində olmalısınız. Əks halda sizə xidmət göstərə bilməyəcəklər.



Print Email
FaceBook Twitter Google