Jordaniya və Vurğun küçələrinə içməli suyun çəkilməsi işləri aparılır
Marneuli şəhərində Jordaniya və Səməd Vurğun küçələrinə içməli su çəkilməsi işləri aparılır.

Su təchizatı şirkətinin mətbuat xidmətinin nümayəndəsi “Marneuli” radiosu ilə söhbətində deyib ki, hər iki küçədə kanalizasiya və arxların çəkilməsi işləri aparılır.

“Jordaniya küçəsində su borusunun bərpa işləri başa çatıb və yalnız kanalizasiya qalıb. Digər küçədə isə (Səməd Vurğun küçəsi) hər iki iş aparılır. Şirkət layihə ilə nəzərdə tutulmuş işləri həyata keçirir və həmin iki küçədə işlər 5 iyunda bitəcək”, - Su təchizatı şirkətinin mətbuat xidmətindən bildirirlər.

Gürcüstanın Birləşmiş Su Təchizatı şirkəti 2019-cu ilin iyul ayında Marneulidə kanalizasiyaların təmizləmə işləri üçün tikintilərə başladı. Layihə Asiya İnkişaf Bankı (ADB) tərəfindən həyata keçirilir. Bolnisi vəManeuli bələdiyyələrində axan suların tam bioloji qaydada təmizlənməsini həyata keçirəcək sistemin yaradılmasına 55 940 022 dollar xərclənəcək. İşlər 2021-ci ilin yanvar ayında başa çatmalıdır.

Print Email
FaceBook Twitter Google