Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixindən bərpa olunacaq
Marneulidə ictimai nəqliyyatın hərəkəti 29 may tarixindən bərpa olunacaq. Bu barədə məlumatı meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze təsdiqləyib. Gürcüstan miqyasında ictimai nəqliyyatın bərpası qərarı haqqında Baş nazir Qiorqi Qaxaria bu gün baş tutan brifinqdə məlumat verib.

Bələdiyyənin nəqliyyat şirkəti “Avtopark” MMC-nin rəhbəri Qiqa Calağonia “Marneuli” radiosuna verdiyi müsahibədə bildirib ki, hələ konkret tövsiyələr almayıblar.

“Istənilən tövsiyəni yerinə yetirməyə hazırıq. Nəqliyyat 29 may tarixindən mütləq hərəkət edəcək. Məhdudiyyətlər güman ki, sərt olacaq və əhaliyə bir az çətinlik də yaradacaq, ancaq başqa yolumuz yoxdur. Bütün tövsiyələrə əməl etməliyik. Güman ki, nəqliyyat yetərli olmayacaq, amma əhali də bizim vəziyyəti başa düşməlidir, bunu özümüz üçün etmirik. Bizim üçün daha çox vətəndaş daşımaq sərfəlidir, gəlirimiz də çox olar. Ancaq tövsiyələrə əməl etməliyik”, - Qiqa Calağonia deyir. O, 29 may tarixindən 20 ictimai nəqliyyatın fəaliyyətinin yenilənəcəyini bildirdi.

Qiqa Calağonianın rəhbərlik etdiyi şirkətə məxsus nəqliyyat vasitələrindən başqa Marneulidə 1 və 2 nömrəli ictimai nəqliyyat da xidmət göstərir. “Ekspress Turist”in direktoru Yuri Samxaradze deyir ki, meriyada konkret məsələlərdən söhbət açmayıblar.

“Ümumilikdə Marneuli rayonunda təxminən 60 nəqliyyat vasitəsi ilə hərəkət edirik. Tövsiyələri necə tapşıracaqlar, elə də edəcəyik. Əgər yerinə yetriməsələr, işdən uzaqlaşdırılacaqlar (sürücülər). Nə edək, başqa yolumuz yoxdur, bütün tövsiyələrə əməl etməliyik.”

Marneuli meriyasından bildirirlər ki, bələdiyyədə olan şirkət nümayəndələrini çağıracaqlar və tövsiyələrin yerinə yetirilməsi üçün lazım olan tədbirlər haqda danışacaqlar. İctimai nəqliyyatda maska taxmaq mütləq vacib olacaq və güman ki, buna nəqliyyat şirkətləri nəzarət edəcək.

Marneulidə bütün növ ictimai nəqliyyatın hərəkəti 17 mart tarixində dayandırılıb.

8 iyun tarixindən ölkədə şəhərlərarası nəqliyyatın hərəkəti bərpa olunacaq.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google