Marneulidə sürünənlərin dişləməsi ilə bağlı dörd hal qeydə alınıb

Marneulidə sürünənlərin dişləməsi ilə bağlı dörd hal qeydə alınıb.


Xəstələrin dördünə də Marneulinin Aversi klinikasında vaksin vurulub. Klinikadan bildirirlər ki, fakt bir neçə həftə əvvəl baş verib. Hadisələr havanın temperaturu qalxdıqdan sonra sürünənlərin sayı çoxaldığından baş verib. Dörd xəstədən yalnız birinə stasionar müşahidə lazım olub.

Vaksin vurulan daha bir xəstəxana “Geo Hospitals” klinikasıdır. Klinikadan bildirirlər ki, son bir neçə ay ərzində sürünənlərin dişləməsi ilə bağlı heç bir xəstə gətirilməyib.

Bələdiyyədə yetərli sayda vaksinin olub olmadığını araşdırmaq üçün Marneulinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze ilə əlaqə yaratmağa çalışdıq. Ancaq o, bizim zənglərimizə cavab vermədi.

 

Print Email
FaceBook Twitter Google