Xəbərlər
Marneulinin uşaq bağçalarına qeydiyyat üçün hansı sənədləri təqdim etmək lazımdır
Marneuli bələdiyyəsinin uşaq bağçalarına qeydiyyat 16 iyul tarixindən başlayacaq.
Bu barədə Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi. Kərəmovun bildirdiyinə görə, 2020-2021-ci tədris ili üçün uşaq bağçalarına və ictimai məktəblərdəki məktəbə hazırlıq mərkəzlərinə qeydiyyat başlayacaq. Qeydiyyat bir neçə mərhələdə həyata keçirilir.

“Qeydiyyatın birinci mərhələsi 16-dan 20 iyul tarixinə qədər davam edəcək. Şəhər bağçalarında və kənd baxçalarında qaydalar biraz fərqlənir. Şəhər bağçalarında 20 iyuldan sonra qeydiyyat bizim mərkəzdə davam edəcək və dayandırılmayacaq. İstək çox olduğuna görə, uşaqların siyahısını düzəltmək bizim üçün çətin olacaq. Amma kənd bağçalarında birinci etap 20 iyul tarixində bitəcək və ikinci etap 23 avqustdan davam etdiriləcək. Qeydiyyat üçün uşağın doğum şəhadətnaməsinin notarial əsli, sağlamlıq arayışı, 4 ədəd foto şəkil və valideyinin şəxsiyyət vəsiqəsinin sürəti lazımdır. Sosial statuslu ailə olduğu haqda çıxarış və ya məcburi köçkün olduğu halda sənədin təqdimatı, eyni zamanda məhdud imkanlı şəxslərin statusunu təsdiq edən sənəd lazımdır. Sosial statusları olan uşaqlara sırasız baxçaya qəbul etmə imkanımız var”,–
Zaur Kərəmov

Qeyd edək ki, Marneulidəki uşaq bağçalarına qeydiyyat prosesi Marneulidə olan epidemioloji vəziyyətə görə dayandırılmışdı. Məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu üçün valideyn övladını aparmaq istədiyi uşaq bağçasına, yaxud məktəbəqədər hazırlıq mərkəzinə müraciət etməlidir.

Valideynlər Marneuli şəhərinin 3 saylı, 4 saylı və 1 saylı uşaq bağçalarına qeydiyyatdan keçmək məqsədi ilə 21 iyuldan Marneulinin Uşaq Bağçaları Birliyinə müraciət etməlidir. Qeydiyyat saat 9:00-dan 17:00-a kimi davam edəcək.



FaceBook Twitter Google