Xəbərlər
Marneulidə yol nəqliyyat hadisəsi baş verib (FOTO)
Bu gün saat 15:30 radələrində Tbilisi Marneuli yolunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı Toyota və Opel markalı iki avtomobil toqquşub. Hadisə şahidlərinin bildirdiyinə görə, Marneuli istiqamətində hərəkət edən Toyota markalı avtomobil idarəetməni itirib və Opel markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən Opel markalı avtomobil aşaraq yoldan çıxıb.

Şahidlərin bildirdiyinə görə, hadisə zamanı Opel markalı avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə yerinə patrul polis ekipajı səfərbər olunub.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google