Gürcüstanın Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi Kvemo
Kartli Prokurorluğu ilə birgə vəzifəsindən sui-istifadə etmə
ittihamı ilə Algeti Polis Şöbəsinin ərazi müfəttişi-müstəntiqi və
həmin şöbənin xəfiyyə köməkçisini saxlayıb.
Məlumatı Daxili İşlər Nazirliyi yayımlayıb.
Vəzifəsindən sui-istifadə etmə faktı ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 332-ci maddəsi ilə istintaq aparılır.