Marneuli meriyası Dəmyə-Görarxıda küçə işıqlarının qurulması üçün 67 363 lari dəyərində tender elan edib

Marneuli meriyası Marneuli bələdiyyəsinin Dəmyə-Görarxı kəndində küçə işıqlarının qurulması işlərinin smeta sənədləri üçün 67 363 lari dəyərində tender elan edib.


Marneuli meriyası qeyd olunan tenderi 16 sentyabrda elan edib və tenderdə iştirak etmək istəyən şirkətlər 22-30 sentyabr dövründə təkliflərini təqdim edə bilərlər.

Tender sənədlərinə əsasən qalib şirkət müqavilə bağladıqdan 30 gün ərzində kənddə işləri həyata keçirməli olacaq.





 

Print Email
FaceBook Twitter Google