Marneulinin 3 saylı uşaq bağçasının aşpazında koronavirus təsdiqlənib – Bağça bağlanıb
Marneuli şəhərinin 3 saylı uşaq bağçasında tədris prosesi koronavirusa görə dayandırılıb.

Bağçada işləyən aşpazda Covid-19 təsdiqlənib. O, bağça ilə yanaşı Marneulinin tibb müəssisələrindən birində də işləyir. Bağçanın rəhbəri Ketevan Minadzenin "Marneuli" radiosuna bildirdiyinə görə, bağçanın iki dayəsində virus aşkarlandıqdan sonra 19 oktyabr tarixində iki qrup bağlanıb.

Aşpaz da yoluxduğuna görə isə bağçanın bağlanmasına ehtiyac yaranıb.

"Aşpazla təmasda olan adamların adını artıq vermişəm. Ona qədər iki qrupu bağlamışdıq və çox ehtiyatla davranırdıq. Dünən hamı maska taxmışdı, ehtiyat edirdik, ancaq cavab belə gəldi. İki həftəliyinə bağçanı bağladıq. İki həftədən sonra testdən keçəcəyik və hər şeyə qərar veriləcək. Uşaqlarla təmasda olmayıb. Koronavirus təsdiqləndiyinə görə yalnız analarla "fortoçkadan" təmasda olub".

İndiki mərhələdə Saimerlo kəndinin uşaq bağçası da bağlıdır. 16 oktyabr tarixində bağçanın dayəsində virus aşkarlanıb. Marneulidə daha 10 bağça hələ də işləmir. Onlar elektrik sobalarının gətirilməsini gözləyirlər.

Marneuli bələdiyyəsindəki bağçalara 10 elektrik sobası almaq üçün meriya 24 000 lari xərcləyib.

Print Email
FaceBook Twitter Google