Direktorsuz məktəblər, teatrsız aktyorlar – Savalan Mirzəyevin Parlamentdə çıxışı
24 dekabr tarixində Gürcüstan Parlamentinin deputat Savalan Mirzəyev Parlamentdə çıxış edib.

O, bir neçə mövzunu gündəmə gətirərək nazir vəzifələrinə namizədlərə suallar ünvanlayıb. Mirzəyev çıxışı zamanı ilk olaraq Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsinə namizəd Mixeil Çxenkeliyə müraciət edib. Regionda çox sayda məktəblərdə tikinti işlərinin aparıldığını və bunun təqdirəlayiq olduğunu deyib. Deputat bir çox qeyri gürcü dilli məktəblərin məktəb direktorlarının olmadığını bildiridib. O, Çxenkelidən direktorsuz qalmış məktəblərlə bağlı nə düşündüyünü soruşub.

“Çox sayda gürcü dilini bilən, məsuliyyətli kadrlarımız var. Xahiş edirəm bu məsələ ilə bağlı fikrinizi bizimlə bölüşərdiniz.”

Mirzəyevin növbəti sualı Tbilisi Azərbaycan Dövlət Dram teatrı ilə bağlı olub. O, aktyorların məşq edərkən və tamaşalar hazırlayarkən çətinliklərlə qarşılaşdığını bildirib.

“Truppa üzvləri çox ağır şəraitdə məşq etməli və tamaşa səhnələşdirməli olurlar. Təəssüf ki, mən ikinci dəfədir bu tribunadan bu mövzu ilə bağlı müraciət etməli oluram. Əvvəlki komitə ilə bu barədə danışmışdıq. Xahiş edirəm bu istiqamətdə də nə düşündüyünüzü deyərdiniz. Hansı planlarınız var, yaxud hansısa yenilik gözlənilirmi?!”

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Tea Axveldianiyə də müraciət edən Mirzəyev yeni bir ideyasının olduğunu vurğulayıb. O, tələbələri və mülki cəmiyyətin fəal gənclərini həmin plana daxil edilməsini və planın həyata keçirilməsində onların da iştirak etməsinə imkan yaradılmasını xahiş edib.

Qeyd edək ki, ötən gün Marneuli və Qardabani seçki dairəsindən majoritar deputat Zaur Darğallı da Parlamentdə çıxış etmişdi.

Print Email
FaceBook Twitter Google