“Yeni Düşüncə İnstitutu” “Esse” müsabiqəsi elan edir
“Yeni Düşüncə İnstitutu” 27 dekabr tarixində “Esse” müsabiqəsi elan edib. Müsabiqə təşkilatın tələbələrinin Marneuli meriyası tərəfindən maliyyələşdirilən layihəsi əsasında təşkil olunub.

“Biz rəngarəng Gürcüstanın övladlarıyıq” mövzusunda gürcü və Azərbaycan dillərində esselərin yazılması tələb olunur.

Nəzərdə tutulan essedən hər kəs öz istədiyi dildə esse (azərbaycan və ya gürcü) yaza bilər. Hər kəs istədiyi dildə yazdığı esse ilə müsabiqədə iştirak edə bilər.

Yazılan esselərdən yalnız 6-sı seçiləcək və qalib esselərdən 3-ü azərbaycan, 3-ü gürcü dilində olacaq.

NTİ-ın təsisçilərindən Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müsabiqənin elan olunmasının əsas səbəblərindən biri gəncləri internetdən, televizordan az da olsa, uzaqlaşdıraraq yazı mədəniyyətinin inkişafına təkan yaratmaqdır.

“Əsas məqsədimiz odur ki, gənclərdə azad düşüncə formalaşsın. Bildiklərini və düşündüklərini çatdıra bilsinlər. Məqsəd yazı mədəniyyətinin inkişaf etdirilməsidir. Son dövrlərdə uşaqlarda oxuyub-yazmaq baxımından inkişaf azdır.”


O, müsabiqəyə qatılmaqda yaş məhdudiyyətinin olmadığını bildirdi. Beləliklə məktəb şagirdləri, tələbələr könüllü olaraq müsabiqədə iştirak edə bilərlər.

Qalibləri gözləyir:
  • Birinci yer – Xarici sərt yaddaş diski (500 GB)
  • İkinci yer – Bluetooth qulaqcıq
  • Üçüncü yer – Power Bank (10000 MAH)
Yazılan esselərin hər biri sertifikatlı müəllimlər tərəfindən yoxlanılacaq. Daha sonra isə qaliblər müəyyən olunacaq.

Esse yazarkən nəzərə alınmalı olan qaydalar:
  • Essenin strukturu
  • Essenin başlığı
  • Müəllifin adı və soyadı
  • Universitet, məktəb, sinif
  • İstifadə edilən mənbə
Esse müsabiqəsinə qatılan şəxslər yazmış olduqları esseni elektron poçt vasitəsi ilə təşkilatın CLOAKING ünvanına göndərə bilərlər.

Qeyd edək ki, müsabiqə yanvar ayının 27-də sona çatır.



https://www.facebook.com/New.Thinking.Institute/posts/2781406065449261
Print Email
FaceBook Twitter Google