O, bunu daha yaxşı bilir – Tamaz Naveriani İvanişvilinin siyasətdən getməsi barədə
Bu gün, 11 yanvar tarixində Bidzina İvanişvili “Gürcü Arzusu”-ndan getməsi barədə bəyanat verib.

“Mən partiya sədri vəzifəsini, eləcə də partiyanı tərk edirəm və 2011-ci ilədək olduğu kimi, şəxsi həyat tərzimə qayıdıram”, – Bidzina İvanişvilinin yayımladığı bəyanatda deyilir. Bəyanatı “Gürcü Arzusu” yayımlayıb.

Doqquzuncu çağırış Parlamentin üzvü Tamaz Naveriani “Marneulİ” radiosu ilə söhbəti zamanı İvanişvilinin “Gürcü Arzusu”-ndan getməsini dəyərləndi.

“O, bunu daha yaxşı bilir və ona görə də belə qərar qəbul edib. Mən onun əvəzinə nə deməliyəm”, – Tamaz Naveriani bildirdi.

Naverianinin sözlərinə görə, partiya sədrinin getməsi güman ki, “Gürcü Arzusu”-nda müvafiq dəyişikliklərə səbəb olacaq.

“Əlbəttə adam bu böyüklükdə partiya rəhbərliyini tərk edirsə, partiyada hər hansı dəyişikliklər gözlənilir”, – Tamaz Naveriani bildirdi.

Naveriani 2016-20-ci illərdə Parlamentin Marneuli seçki dairəsindən majoritar deputatı idi. Onuncu çağırış Parlamentin ilk toplantısından sonra onun səlahiyyətləri dayandırıldı. Naverianinin sözlərinə görə, indiki mərhələdə Cüdo Federasiyasının prezidentidir və idman istiqamətində çalışmağa fəal davam edir. Ancaq siyasi gələcəyinin necə olacağı barədə qərar verməyib.

Print Email
FaceBook Twitter Google