Distant təhsil üçün güzəştli inetrnet paketi necə quraq – təlimat
İctimai və özəl məktəb şagirdləri və müəllimlər güzəştli internet paketdən yararlanacaq. Bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayımlayıb.

Xidmətdən 2021-ci ilin 18 yanvar tarixindən istifadə etmək mümkün olacaq.

“Distant təhsil” paketinin aktivləşdirilməsi üçün istifadəçi mobile.emis.ge veb-səhifəsində qeydiyyatdan keçməlidir. Xidmətdən ictimai və özəl məktəblərin fəal statusu olan şagirdləri və fəaliyyət göstərən müəllimləri yararlana bilər.

Məktəb şagirdləri və müəllimlərinin qeyd olunan paketi aktivləşdirmək üçün lazımdır:

1. Öz şəxsi nömrələrini mobile.emis.ge veb-səhifəsinə qeyd etsinlər.


2. Əgər şəxsi nömrə düzgün yazılıbsa, şagird daxil olan zaman valideynin, müəllim daxil olan zaman isə öz nömrəsinə birdəfəlik SMS kod göndəriləcək.
3. Birdəfəlik SMS kod almaq üçün istifadəçinin mobil nömrəsini seçmək lazımdır. Əgər idarə sistemi eSchool-da bir neçə mobil nömrə qeyd olunubsa, istifadəçi SMS kodu almaq istədiyi telefon nömrəsini işarələməlidir.
4. İstifadəçi, mobil nömrəni seçdikdən sonra kod səhifəsinə daxil olur. Qeyd olunan nömrəyə göndərilmiş SMS kodu həmin səhifədə yazır. Əgər istifadəçi birdəfəlik kod almayıbsa yeni kod tələb etmək funksiyasından istifadə edə bilər.
5. İstifadəçi kod qeyd etmə prosedurunu uğurla keçdikdən sonra internet paketi aktivləşdirmək istədiyi mobil nömrəni qeyd edir (qeyd olunan xidmətdən sistemdə qeyd olunmuş eləcə də istifadəçiyə əlçatan olan mobil nömrə ilə istifadə etmək mümkündür).
6. İstifadəçi mobil nömrəni qeyd etdikdən sonra məlumatların işlənməsi qaydaları və şərtlərini qəbul etməlidir.
7. İnternet paketin aktivləşməsi üçün istifadəçi tərəfindən qeyd olunmuş mobil nömrəyə birdəfəlik SMS kod göndərilir. Həmin kod müvafiq sütunda yazılmalıdır. İstifadəçi uğurla qeydiyyatdan keçərsə internet paket 24 saat ərzində aktivləşəcək. İstifadəçi xidmətdən istifadə etmək üçün veb-səhifədə qeyd olunmuş mobil nömrədən *172# OK kodunu yığmalı və təlimata davam etməlidir.
8. Əgər istifadəçi artıq qeyd olunan xidmətdən yararlanırsa, internet paketin başqa mobil nömrəyə qoşulması, aktivləşdirilmiş xidmətdən istifadə müddəti keçdikdən sonra mümkün olacaq.
Səhvlər qeydə alınan halda istifadəçi idarə məlumat sisteminə (EMİS) yaxud mobil operatörün qaynar xəttinə müraciət etməlidir.

Təhsilin idarəsi məlumat sistemi (EMİS) – sistemdə mövcud olan səhv yaxud məlumatların qeyri-dəqiq olması halında: tel: 0322 200 220, Mobil operatorlar – mobil internetlə bağlı səhvlər: Magti – 11 00 11 yaxud +995 32 217 00 00, Beeline – 110 101 yaxud +995 32 2200611, Silknet (Geocell) – yalnız geocell və lay-lay abunəçiləri üçün – 777, bütün mobil operatorlar üçün – 110 110. Bütün şəhət və hər hansı mobil operatorlar üçün 277 0177.
Print Email
FaceBook Twitter Google