2021-ci il ərzində Marneuli bələdiyyəsi meriya, kitabxana və meriyanın əmlakında olan “Yenə də böyüyəcəklər” parkının mühafizəsi üçün 154 800 lari xərcləyəcək.
Marneuli meri obyektlərin mühafizəsi ilə bağlı eksklüziv səlahiyyət çərçivəsində “mühafizə polisi departamenti” ilə müqavilə bağlayıb.

“Mühafizə” odlu silahla Marneuli bələdiyyəsinin inzibati binasındaki maddi-texniki baza/əmlakını oğruluqdan, qarətdən, qəsdən məhv etmədən və başqa qanuna zidd hərəkətlərdən qorumalıdır. “Mühafizə” eləcə də odlu silahla mədəniyyət və istirahət parkında olan maddi texniki baza/əmlakını oğruluqdan, qarətdən, qəsdən məhv etmədən və başqa qanuna zidd hərəkətlərdən qorumalıdır. Həmçinin, “Mühafizə” ictimai asayişin qorunmasına görə də məsuliyyət daşıyır”, –
Marneuli bələdiyyəsi meriyası tərəfindən elan edilmiş sadələşdirilmiş alqı-satqı müqaviləsində qeyd olunub.

154 800 laridən Marneuli meriyasının və kitabxana binasının mühafizəsi üçün 86 400 lari xərclənəcək. Vəsait əsasən əməkhaqqına ayrılıb. Marneuli meriyası “Yenə də böyüyəcəklər” parkının mühafizəsi üçün 68 400 lari xərcləyəcək.

Print Email
FaceBook Twitter Google