Yeni seçilmiş Müfti Kvemo Kartli bölgəsinə səfər edib (FOTO)
Bu ilin 13 və 16 yanvar tarixlərində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə Müftisi Etibar Eminov və idarənin əməkdaşları ilə birlikdə Kvemo Kartli bölgəsində fəaliyyət göstərən məscidləri ziyarət edib. Bu barədə məlumat Bütün Gürcüstan Müsəlmanları İdarəsinin "Facebook" səhifəsində paylaşılıb.

Məlumatda qeyd olunub ki, Etibar Eminov Kvemo Kartliyə səfəri zamanı bölgədəki ruhanilərin fəaliyyəti və məscidlərdəki son vəziyyətlə tanış olub. Həmçinin, müfti bölgədəki mövcud problemləri ruhanilərdən və icma ağsaqqallarından dinlədikdən sonra bu problemlərin həlli yolları və gələcək planları barədə yerli sakinlərlə məlumat verib.

Qeyd edək ki, yeni seçilən müftinin bölgələrə səfərləri davam edir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google