Oxucuların Marneuli Kitabxanasından yalnız kitab aparmaq imkanı olacaq

Marneuli ictimai kitabxanası bu il 18 yanvar tarixində fəaliyyətini bərpa edib. Kitabxananın rəhbəri Lana Xexelaşvilinin sözlərinə görə, koronavirusun qarşısının alınması məqsədi ilə vətəndaşlar onların oxu zalından və kompüterlərdən istifadə edə bilməyəcəklər.



Kitabların verilməsi isə adi rejimdə davam etdirilir.

“Bildiyiniz kimi, bizə 1 oktyabr 2020-ci il tarixindən fəaliyyətimizə davam etmək imkanı verildi, ancaq tənzimləmələri nəzərə alaraq işləməli olacağıq. İlk növbədə maska taxmaq, məcburi termoskrininq və dezinfeksiya məhlulu ilə əllərin təmizlənməsidir. İndi oxucu sayı kifayət qədər azalıb. Ancaq yenə də yeni oxucularımız var və kitablar verəcəyik. Oxucu zalından və kompüterlərdən istifadə etmək yenə də məhdud olaraq qalır.”


İctimai Kitabxanadan verilən məlumata görə, 2020-ci il ərzində 140 yeni oxucu qeydiyyatdan keçib. Oxucular tərəfindən 1702 kitab aparılıb. 158 nəfər zaldan, 163 nəfər isə kompüterdən istifadə edib. Marneuli İctimai Kitabxanasından 2019-cu ildə 5941 kitab aparıblar. Həmin il zaldan 550 oxucu, kompüterlərdən isə 619 nəfər istifadə edib.

Marneuli kitabxanası 2017-ci ildə açılıb.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google