Marneulidə beş seçki məntəqəsinin nəticələri yenidən sayılıb
Bu gün, 4 oktyabr tarixində Marneuli Dairə Seçki Komissiyası yerli özünüidarə seçkilərinin beş seçki məntəqəsinin nəticələrini yenidən sayıb.

22 saylı Dairə Seçki Komissiyasının sədri Ani İluridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məntəqənin yenidən sayılmasının səbəbi seçki məcəlləsində edilmiş dəyişiklikdir. Həmin dəyişikliyə əsasən, seçkilərdən sonra səslərin 10% yenidən sayılmalıdır.

“Dünən Dairə Seçki Komissiyasının İclasında lototron vasitəsilə, təsadüfi seçim prinsipi ilə məntəqələr seçildi və indi həmin məntəqələrdə yenidən səs sayılması prosesi aparılır. Bülletenləri sayır, dəyərləndirir və artıq bütün siyahılarda imzaları hesablayırlar”,
– Ani İluridze bildirdi.

Səslərin hesablanmasını müşahidəçi və media təşkilatları nümayəndələrinin müşahidə etmək imkanı var idi.

Qaçağan 43 saylı, Çanaxçı 17 saylı, Axlılələ 19 saylı, Qaçağan 82 saylı və Mollaoğlu 32 saylı məntəqələrdə səslər yenidən sayılıb.

Səslər sayıldıqdan sonra təsdiq olunub ki, dörd məntəqədə nəticələr və yekun protokolin nəticələri bir-birinə uyğundur. 82 saylı məntəqəsədə isə yekun protokolda səhv var idi.

“Seçicilərin imzası barədə hər üç növ yekun protokolda uyğunsuzluq var idi və müəyyən olundu ki, masa siyahılarında olan imzalar hesablanıb, 6 ədəd xüsusi siyahıdakı imzalar ona əlavə olunmayıbmış. Uyğunzuszluğun səbəbi yalnız bu idi ki, bununla bağlı protokol tərtib olunur, yəni nəticələrə təsir göstərəcək pozuntu baş verməyib”
, – Marneuli Dairə Seçki Komissiyasının nümayəndəsi bildirdi.

Yerli özünüidarə seçkilərinin ilkin nəticələrinə görə, Marneuli meri “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov olub. O, 68,01% səs toplayıb.





Print Email
FaceBook Twitter Google