Meriya Tseretelidə daxili yolların çəkilməsi üçün 413 765 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi Tsereteli kəndində daxili yolların çəkilməsi üçün tender elan edib. Tender təklifinə görə, Tsereteli kəndində üç hissədə daxili yollara asfalt çəkilməsi planlaşdırılır.

“Mövcud yol örtüyü qum-çınqıl qarışığı şəklindədir. Yolun hərəkət hissəsi və kənarları tikinti tullantılarından və yağışların gətirdiyi daş qalıqlarından təmizlənməlidir”, – Tenderin smeta sənədlərində qeyd olunub.

Marneuli meriyası tərəfindən elan edilmiş tenderə görə, Tsereteli kəndində indiyə kimi asfalt çəkilməmiş küçələrə asfalt çəkiləcək.

Yerli özünüidarə Tseretelidə daxili yollara asfalt çəkilməsi üçün 413 765 lari dəyərində tenderi 8 may tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 maydan 29 maya qədər öz təkliflərini təqdim edə bilərlər.

Tender təkliflərinə görə, qalib gələcək şirkət müqavilə bağladıqdan 60 gün ərzində işləri həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024