Marneuli meriyası Polşa heyətini qəbul etmək üçün 3 304 lari ödəyib

Polşanın Qmina Kobilnitsa şəhər meri Leşek Kulinski 23 aprel tarixində Marneulidə səfərdə olmuşdu.



Qmina Kobilnitsa meri Marneulinin 3 saylı uşaq bağçasını nəzərdən keçirib və meriya nümayəndələri ilə birlikdə günəş fotoelektrik sisteminin quraşdırılması ilə əlaqədar texniki məsələləri müzakirə ediblər.

Marneuli yerli özünüidarəsi Polşa heyətinin şam yeməyində iştirakı üçün fərdi sahibkar Valeri Kimadze ilə sadələşdirilmiş müqavilə bağlayıb. Baxmayaraq ki, meriya alqı-satqını 23 aprel tarixində həyata keçirib, Dövlət Alqı-Satqı Agentliyinin səhifəsində məlumat bu gün, 11 may tarixində yayımlanıb.

Marneuli meriyası Polşa heyətini qarşılamaq üçün 3 304 lari xərcləyib.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsi Polşanın Qmina Kobilintis şəhər merinin səfri üçün tərcümə xidmətini sadələşdirilmiş qaydada təmin edib. Meriya bir gün ərzində təcüməçi xidmətinə görə, İrina Sarkisovaya 637 lari 80 tetri ödəyib.

Marneuli bələdiyyəsi və Polşa Respublikasının Qmina Kobilnitsa şəhəri arasında 2017-ci ildən qarşılıqlı əməkdaşlıq memorandumu qüvvədədir. Memorandum çərçivəsində bələdiyyələr müxtəlif sektor istiqamətində əməkdaşlıq edirlər.

 

Print Email
FaceBook Twitter Google