Bərpa olunan enerji niyə yaxşıdır – USAID Sabirkənd 1 saylı ictimai məktəbində məlumatlandırma görüşü keçirib
Günəş, su və külək – bu bərpa olunan enerjinin əldə edilməsi mümkün olan üç elementdir. Baxmayaraq ki, Gürcüstanda nə günəş, nə su, nə də külək çatışmazlığı yoxdur, yenə də enerji bazarında bərpa olunan enerji aşağı səviyyədədir. Bu gün, 16 may tarixində, Marneuli bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbində məhz bərpa olunan enerji ilə əlaqədar məlumatlandırma görüşü keçirilib.

USAID-in Gürcüstanda enerji gələcəyinə təminat proqramıvə Gürcüstanın Bərpa Olunan Enerji İnkişaf Assosiasiyasının birgə məlumatlandırma kampaniyası çərçivəsində planlaşdırılmış məruzələr bərpa olunan enerjinin, ekologiyanın qorunması haqqında gələcək nəsillərə məlumat çatdırmaq məqsədi daşıyır.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin energetika sektorunun müşaviri Nikoloz Oğreşidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu gün ictimaiyyətdə bərpa enerjisi ilə bağlı müxtəlif növ yanlış məlumatlar yayılıb. Gənclərlə görüşlərin məqsədlərindən biri isə məhz həmin yanlış məlumatın qarşısını almaqdır.

“Gənc nəsilin düzgün məlumatlandırılmasına və bərpa olunan enerji haqqında təhsil səviyyəsinin artırılmasına böyük əhəmiyyət veririk. Mən gəncləri salamlayanda bu haqda artıq danışdım. Uşaqların indidən başa düşməsi və bərpa olunan enerjinin nə olduğu, Gürcüstan iqtisadiyyatında hansı rol oynadığı, onların hər birinin həyatını necə yaxşılaşdırması barədə məlumat almaqları çox mühümdür. Bu uşaqların 10%, 20%, 40%-nin bərpa olunan enerji ilə maraqlanması və gələcəkdə öz karyeralarını Gürcüstanda bərpa olunan enerjinin inkişafı ilə əlaqələndirməsi mümkündür. Bu Gürcüstan üçün böyük perspektivdir”.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin energetika sektoru müşavirinin sözlərinə görə, Gürcüstanın energetika sektorunun inkişafı baxımından bərpa olunan enerjidən başqa alternativi yoxdur. Çünki ölkədə qaz və neft yoxdur. Gürcüstan su, külək və günəş resursu ilə zəngindir, bu gün bu Gürcüstanın yaxşı mənimsəyə biləcəyi yeganə bərpa olunan texnologiyadır.

“Bugünkü vəziyyətdə günəş enerjisindən istifadə etmək baxımından Gürcüstanda olan potensial mənimsənilməyib. Gürcüstan miqyasında kiçik günəş panelləri yerləşdirilib, ümumilikdə bu 20 meqavata qədər artırıla bilər. Bu isə əlbəttə, kifayət deyil. Ancaq böyük layihələr var. Həmin layihələr müxtəlif inkişaf mərhələsindədirlər və bu istiqamətdə çoxsaylı investisiyalar planlaşdırılır. Həmin investisiyalara inkişaf üçün vaxt lazımdır, ancaq onu da deyərdim ki, bu investisiyaların Gürcüstanda inkişafına çox vaxt lazım deyil. Külək enerjisi ilə bağlı Qoridə təxminən 21 meqavatlıq külək stansiyası var. Ondan sonra, Gürcüstanda təəssüf ki, külək stansiyaları inkişaf etdirilməyib. Ancaq günəş enerjisi, eləcə də külək enerjisi ilə bağlı da çoxsaylı layihələr var, onların həyata keçirilməsi də planlaşdırılır. Hidroenergetikanın Gürcüstanda hansı səviyyədə olduğunu artıq bilirik, ancaq daha artığının edilməsi də planlaşdırılır”, – Nikoloz Oğreşidze bildirir.

Nikoloz Oğreşidzenin sözlərinə görə, Gürcüstanın İqtisadiyyat Nazirliyi tərəfindən elan edilmiş bərpa enerjisi hərracı bir neçə həftə əvvəl başa çatıb və qaliblər elan olunub. O, bildirir ki, rəqabətli hərraclar bərpa olunan enerji sahəsində investisiyaya həvəsləndirmə üçün böyük inkişafdır.

Bu gün, USAID-in Gürcüstanda gələcəyin energetikasını təmin etmək proqramı və Gürcüstanın Bərpa Olunan Enerjinin İnkişafı Assosiasiyası Tbilisinin 10 məktəbindən olan 600-dən çox tələbəyə Gürcüstanda enerji təhlükəsizliyinin üstünlükləri, iqtisadi artım və gürcü xalqının rifahı haqqında mühazirələr oxuyublar.


Print Email
FaceBook Twitter Google