Dəmyə Görarxı ictimai məktəbində müstəqillik gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
23 may tarixində Dəmyə Görarxı ictimai məktəbində 26 May Gürcüstanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Marneuli Bələdiyyə Məclisinin üzvü Adil Qurbanov, icra nümayəndəsi Əmiraslan Əmiraslanov, Sadaxlı polis idarəsinin rəisi Qia Nijarace, məktəb və bağça müəllimləri, dəvət olunmuş qonaqlar və kənd sakinləri iştirak ediblər.

Müstəqillik Gününə həsr edilmiş tədbir Dəmyə Görarxında fəaliyyət göstərən uşaq bağçasının müəllimləri Məleykə Nağıyeva tərəfindən təşkil edilib.

Məleykə Nağıyeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, keçirilən tədbir onlar üçün çox yaddaqalan olub. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsini planlaşdırdıqlarını deyir.

"Mənə bu işdə dəstək olan Səidə Qurbanova və Nazlı Aşiqovaya təşəkkür edirəm. Bizim əsas məqsədimiz bu cür tədbirləri keçirərək, gələcək nəslə öyrətmək və göstərməkdir.". 

Qeyd edək ki, 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika Sovet işğalınadək - iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb. Gürcüstan müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google