Sadaxlıda körpünün, Şaumyanda isə yolun bərpası üçün tender elan edilib
Marneuli bələdiyyəsinin Sadaxlı kəndində körpünün bərpası, Şaumyanda isə daxili yollara (5-6 yol) asfalt qatının çəkilməsi planlaşdırılır.

Yerli özünüidarə hər iki layihəni 187 692 lariyə həyata keçirməyi nəzərdə tutur. Meriyanın elan etdiyi tenderə görə, Sadaxlıdakı körpüdə beton daşların qarşısında yaranmış boşluqların böyük ölçülü daşlarla doldurulması nəzərdə tutulub.

"Bərpa olunacaq körpü Bano çayında su üzərində qurulub. Layihə ilə çay yatağındakı beton daşların qarşısında yaranmış boşluqların böyük daşlarla və yataq düzəldilən zaman çıxarılmış balast ilə doldurulması nəzərdə tutulub. Körpünün sıradan çıxmış orta dayaqlarının bərkidilməsi üçün ikiqat korpus qurulacaq. Korpus qurulana qədər dayaqlarda yaranmış hasarlar (boşluq) betonla doldurulmalıdır. Korpusların bərkidilmiş dayaqlarda deşiklər düzəldilməlidir, korpuslarən bərkidiləcəyi 16 mm armatur lövbərləri quraşdırılmalıdır", – tender sənədlərində yazılıb.

Şaumyan kəndində daxili ərazidə altı hissənin bərpası nəzərdə tutulub.

"Bugünkü vəziyyətə görə, bərpa işləri həyata keçirilməyən, davamlı olaraq çınqıl tökülməli olan, torpaq və çınqıl qarışımlı örtüyü olan kəndin daxili yolları yağış zamanı palçıq olur, yerli əhaliyə hərəkət etməkdə problem, narahatçılıq yaradır. Bunların hamısını nəzərə almaqla mövcud yolların bərpasına ehtiyac var", – tenderdə oxuyuruq.

Sadaxlı və Şaumyan üçün elan edilmiş tenderdə iştirak etmək üçün şirkətlər 18-23 fevral tarixində öz təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 60 gün ərzində işləri təhvil verməli olacaq.

Print Email
FaceBook Twitter Google