Opretidə su təchizatı sisteminin quraşdırılmasına 350 027 lari xərclənəcək

Marneuli bələdiyyəsinin Opreti kəndində yeni içməli su sisteminin quraşdırılması planlaşdırılır.

Marneuli yerli özünüidarəsi Opreti kəndində su təchizatı sisteminin quraşdırılması işlərinin həyata keçirilməsi üçün 350 027 lari dəyərində tender elan edib.

 

 

Layihənin məqsədi yeni içməli su quyularının qazılması və suyun layihədə nəzərdə tutulmuş hovuza vurulması, eləcə də layihə çərçivəsində qeydə alınma qovşaqları da təşkil olunacaq.

"Layihə çərçivəsində 180 metr dərinliyində yeni su quyusu qazılacaq. Quyu 315 mm enində qazılacaq və dəmir boru salınacaq. Quyuda borunun ətrafında xırda daşlarla filtrlər qurulacaq. Qazıntıdan sonra quyu yuyulacaq və nasos sınaqdan keçiriləcək, buna uyğun olaraq sonra quyu üçün nasos seçiləcək”,
– Opretidə su təchizatı sisteminin layihəsində qeyd olunub.

Opreti kəndində su təchizatı sisteminin quraşdırılması üçün ayrılmış vəsait tamamilə Marneuli bələdiyyə büdcəsindən xərclənəcək.

Tenderdə iştirak etmək istəyən şirkətlər 11 fevraldan 16 fevral tarixinə qədər təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələcək şirkət işləri müqavilə bağlandıqdan 150 gün ərzində həyata keçirməli olacaq.

 

 

Print Email
Tags: Marneuli
FaceBook Twitter Google