Marneuli meriyası 5 000 lariyə kondisioner alıb

Marneuli yerli özünüidarəsi meriyanın birinci mərtəbəsində vətəndaşların gözləmə otağı üçün sadələşdirilmiş qaydada kondisioner alıb.


Marneuli meriyası üçün meriyanın Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik Sexniaşvili tərəfindən yazılmış izahatnaməyə görə, meriyada iş ehtiyaclarından irəli gələrək bir ədəd yüksək gücə malik olan kondisionerə ehtiyac olub.

Yerli özünüidarə kondisioneri almaq üçün “MAGNİUM+” MMC ilə 5000 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb. Şirkət kondisioneri 1 fevral tarixinə qədər meriyaya təhvil verməlidir.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsi meriya binasının birinci mərtəbəsinin və fasadı bərpa işləri üçün artıq 1 172 284 lari xərcləyib.

Buradan 825 900 lari meriya binasının həyət və ətraf ərazisinin bərpasına, abadlaşdırılmasına, 346 384 lari isə birinci mərtəbənin bərpasına xərclənib.

 

 

Print Email
FaceBook Twitter Google