Marneulili gənclərə ixtisasın yüksəldilməsi ilə bağlı təlim keçiləcək
Marneuli bələdiyyəsinin gənclərinə Gürcüstan İncəsənət Elmi-Araşdırmalar İnstitutu təlim keçəcək.

Peşə bacarıqlarının inkişaf etdirilməsi üçün seminar fevral ayında keçiriləcək.

Yerli özünüidarə məruzələr və tədris üçün təqdimatların hazırlanması üçün "Gürcüstan İncəsənət Elmi-Araşdırmalar İnstitutuna" 4 300 lari ödəyib. Marneulidə təlimlər 1-2 fevral tarixlərində planlaşdırılır.

"Xatırladaq ki, cari ilin fevral ayında Marneuli bələdiyyəsində beynəlxalq təşkilatların iştirakı ilə beynəlxalq forum keçiriləcək.

Qeyd olunan forumda gənclərin iştirakı və layihələrinin təqdimatı mühüm hissələrdən biridir. Buradan irəli gələrək, Marneuli bələdiyyəsindəki gənclərin müvafiq şəkildə kəşf edilməsi və peşə ixtisasının inkişafı üçün təlim-kursun keçirilməsi məqsədəuyğundur. Təlim kursu "Gürcüstan İncəsənət Elmi-Araşdırmalar İnstitutu" təqdim edəcək",
– Meriyanın. Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində deyilir.

"Gürcüstan İncəsənət Elmi-Araşdırmalar İnstitutu"nun məlumatına görə, gənclərə Marneulinin növbəti illərdə əməkdaşlıq edəcəyi beynəlxalq təşkilatlar ilə əlaqədar məlumat veriləcək. Həmçinin, təlim iştirakçılarına beynəlxalq forum üçün təqdim ediləcək layihələrin hazırlanmasında kömək edəcəklər.

Print Email
FaceBook Twitter Google