Marneuli Bələdiyyə Məclisi Şaumyan və Şulaveridə iki küçənin nömrələnməsini dəstəkləyib
Marneuli bələdiyyəsinin Şaumyan və Şulaveri kəndində iki küçə nömrələnəcək. Bu qərar Bələdiyyə Məclisinin 31 yanvar tarixində baş tutan iclasında qəbul olunub.

Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, küçələr ərəb rəqəmləri ilə nömrələnəcək. Bu əmanətlərin çatdırılmasına, təcili tibbi yardım çağırışları zamanı və başqa xidmətlərə dəstək olacaq.

“Ərəb rəqəmləri ilə nömrələnəcək, ad qoyulana qədər hökumət komissiyasının nəticəsinə ehtiyac yoxdur. Bu küçələrə ad qoyulmayıb. İki yeni küçə əlavə olunub və nömrələnib”, – Nino Beridze bildirdi.

Marneuli Bələdiyyəsinin 2024-cü ilin ilk iclasında gündəlikdə nəzərdə tutulan 10 məsələ müzakirəyə çıxarılıb. Onlar arasında büdcədə ediləcək dəyişikliklər, Marneuli bələdiyyəsinin İmir kəndində yerləşən “Kəsik təpə”-nin təmənnasız dövlət əmlakına verilməsi və s. kimi məsələlər də yer alıb.

Print Email
FaceBook Twitter Google