Marneuli merinin əməkhaqqı 6650 lari olub – meriyada işləyən 229 nəfərin əməkhaqqı 10% artırılıb
Marneuli Bələdiyyə Məclisi tərəfindən 25 dekabr tarixində qəbul edilmiş qərara müvafiq olaraq meriya və Bələdiyyə Məclisi əməkdaşlarının əməkhaqqı 10% artırılıb. Qanunvericilik bələdçisində yayımlanmış “Marneuli bələdiyyə meriyasının ştat siyahısının təsdiq edilməsi və meriyanın siyasi vəzifəli şəxslərinin, dövlət məmurlarının, inzibati müqavilə ilə işə götürülmüş şəxslərin əməkhaqqı miqdarının müəyyən edilməsi haqqında” Bələdiyyə Məclisi fərmanına görə, Marneuli merinin əməkhaqqı ötən illə müqayisədə 600 lari artaraq 6650 lari təşkil edib.

Merin birinci müavini Roin Dekanoidzenin əməkhaqqı 480 lari artıb və 5320 lari təşkil edir. Digər iki müavin, Zurab Panqani və Temur Şubitidzenin əməkhaqqı isə 420 lari artaraq 4 655 lari təşkil edib.

Marneuli meriyasında 8 xidmət fəaliyyət göstərir, xidmət rəhbərlərinin əməkhaqqı 3509 laridən 3857 lariyə qədər artırılıb. Meriya xidmət şöbələrində işləyən şəxslərin əməkhaqqı da artırılıb.
  • Meriyada ümumilikdə 19 şöbə fəaliyyət göstərir. Onların rəhbərlərinin əməkhaqqı 3059 lariyə qədər artırılıb.
  • Meriyanın 19 şöbəsində 29 nəfər birinci kateqoriyalı baş mütəxəssis vəzifəsini tutur, onların əməkhaqqı 2261 lariyə qədər artırılıb.
  • İkinci kateqoriyalı baş mütəxəssis vəzifəsini 37 nəfər tutur və onların əməkhaqqı 2128 lariyə qədər artırılıb.
  • Üçüncü kateqoriyalı baş mütəxəssis vəzifəsini 31 nəfər tutur və onların əməkhaqqı 1995 lariyə qədər artırılıb.
  • Birinci kateqoriyalı kiçik mütəxəssis vəzifəsində 10 nəfər işləyir və onların əməkhaqqı 1862 laridir.
  • Meriyada ikinci kateqoriyanın kiçik mütəxəssisi olaraq 7 nəfər işləyir, onların əməkhaqqı 1330 laridir.
  • Meriyada ən aşağı əməkhaqqını üçüncü kateqoriyalı kiçik mütəxəssislər alır. Qeyd olunan vəzifədə 4 nəfər işləyir və onların əməkhaqqı 1064 laridir.
Ştat siyahısı ilə nəzərə alınmış əməkdaşlarla yanaşı meriyada eləcə də müqavilə ilə işə götürülmüş şəxslər, merin inzibati vahidliklərdə nümayəndələri və inzibati vahidliklərdə işləyən şəxslər də var. İnzibati vahidlikdə merin nümayəndəsi vəzifəsini 18 nəfər tutur və onların əməkhaqqı 2128 laridir. Eləcə də inzibati vahidliklərdə 62 nəfər işlə təmin olunub və onların əməkhaqqı 1330 laridir.

Bələdiyyə Məclisinin “Marneuli meriyasının ştat siyahısının təsdiq edilməsi və meriyanın siyasi vəzifəli şəxslərinin, dövlət məmurlarının, inzibati müqavilə əsasında işlə təmin edilmiş şəxslərin əməkhaqqı miqdarının müəyyən edilməsi haqqında” fərmanına əsasən meriyada ümumilikdə 229 nəfər işləyir. Buradan 149 nəfər ştatla nəzərə alınıb, 80 nəfər isə inzibati müqavilə əsasında işə götürülüb.

Print Email
FaceBook Twitter Google