“Kəsik təpə” xidmət göstərilməsi üçün Mədəni İrsin Milli Mühafizəsi Agentliyinə verilib
Marneuli bələdiyyəsinin İmir kəndində yerləşən “Kəsik təpə” xidmət göstərilməsi üçün Mədəni İrsin Milli Mühafizəsi Agentliyinə verilib.

Bu qərar Bələdiyyə Məclisinin 31 yanvar tarixində baş tutan iclasında qəbul olunub. Bələdiyyə Məclisi Aparatının sədri Nino Beridze bizimlə söhbət zamanı bildirdi ki, söhbət 2 hektar torpaq sahəsindən gedir.

“İmirin kəsik təpəsinə mədəni iris abidə status verilib və həmin ərazi, 2 hektar müvafiq infrastruktur həyata keçirmək üçün sonradan Gürcüstan Mədəni İrsin Milli Mühafizə Agentliyinə istifadə hüququnun verilməsi məqsədi ilə dövlətə təhvil verilib. Dövlət xidmət göstərməni öz üzərinə götürəcək”,
– Nino Beridze bildirib.

Gürcüstan Mədəni İrsin Milli Mühafizə Agentliyi tərəfindən yayımlanmış məlumata görə, İmirdə yerləşən “Kəsik təpə”-yə 2009-cu ildə mədəni irs status verilib.

Marneulidə İmir “Kəsik təpə”-nin üzərinin örtülməsi işləri 2020-ci ildə həyata keçirilməli idi. Bunun üçün yerli büdcədən 750 000 lari nəzərdə tutulmuşdu. Bələdiyyənin maliyyə imkanları məhdud olduğundan layihəni həyata keçirmək mümkün olmayıb.

Print Email
FaceBook Twitter Google